İngilis dramaturqu William Shakespeare dünyanın böyük duhalarındandır. 400 ilə yaxındır ki, Qərb və Şərq Şekspir adına dərin və sonsuz bir məhəbbət bəsləyir. Şekspir öz dərin humanizmi, xəlqiliyi, həyatsevərliyi ilə bütün xalqların, bütün qabaqcıl bəşəriyyətin qəlbinə hakim olmuşdur.
Hırçın Kız 1590-1591-ci illər arasında yazıldığı güman edilir və ilk təqdimatı 1593-cü ildədir.
Oyununun əvvəli Slay adlı personajla başlayır. Birdən özünü oyunun içində tapır, amma nə oyundur.. Əsas oyun bununla başlayır.
Sonrakı oyun isə gözəllər gözəli iki bacı: biri şıltaq, digəri isə itaətkardır. İtaətkar qız üçün sevgi savaşları və pis qızın islahı baş verərək oyun davam edir.
Tamaşanın içində tamaşa kimi qurulan teatr hamımızın diqqətini çəksə də, sonlara doğru qadınlara qarşı ədalətsiz münasibət və davranışlar insanı narahat edir.
Bu nüanslardan asılı olmayaraq maraqla oxuya bilərsiniz. Xoş mütaliələr ✿