·484 syf.··Beğendi
···Okunma: 21 Ocak 2023 09:50 Yazardan oxuduğum 5-ci kitabdır.Kardeşimin hikayesi kitabını oxuduqdan sonra Livanelinin digər kitablarını da oxumalıyam düşüncəsi gəldi.
Kitabı çox bəyəndim və kitab deyib keçmək istəmədiyim üçün incələməsini etmək istədim beləcə ilk dəfə kitab incələmiş oldum burada).Mənə çox dərindən təsir etdiyini və kitabı bitirəndə varlığımı hiss etdirdi cümləsini dediyimi xatırlayıram.Normalda tarix bilgiləri çox olan kitabları oxuya bilmirəm və ya o hissələri keçirəm,lakin bu kitabda elə olmadı çünki Livanelinin də dediyi kimi "coğrafya kaderdir,ama tarih de kaderdir" (spoiler vermiş olsam belə).Kitabda tarixin verdiyi acıları dərindən yaçayacaqsız.
Və kitabda məni uzun müddət düşündürən bir hissə var. Hansı ki "Mezar taşlarına mutlu oldukları gün sayısını yazdıran insanlar" deyə bir cümlə ilə başlayır.Kitabı qucaqlayıb düşündüm;görəsən mən neçə gün xoşbəxt oldum? Sonra ümid edirəm "52 günü keçər" dedim))
Çox dərinliyə getməyim,kitabı Schubertin "Serenade" musiqisi bərabərliyində oxumağınız kiçik bir məsləhətimdir.