Gönderi

10/10
·304 syf.··
Beğendi
·
2023 2. kitabı
·
9 günde okudu
·
Okunma: 22 Ocak 2023 20:07
İlk öncə başlayaq kitabın necə möhtəşəm bir dillə yazıldığından. O qədər axıcı və sadə bir dili var ki, kitab nə vaxt bitti, nə vaxt oxuyub qurtardız o 300 səhifəni, heç hiss etmirsiniz. Kitabda olan personajlar hərəsi ayrı-ayrılıqda çox mükəmməl təsvir olunur və hamısının özünəməxsus bir abu-havası var. Əsərimizin baş qəhrəmanı isə balaca bir qız olan Momodur. Momo başqalarıının, xüsusilə də, bir çox böyüklərin bacarmadığı şeyi bacarırdı. O qulaq asa bilirdi və bunu elə özəl bir tərzdə edirdi ki, hamı heyran qalırdı. Əsərin mövzusu haqqında daha dərin danışaraq spoiler vermək istəmirəm, amma həqiqətən də oxumağa dəyər bir kitabdır. Hətta bir neçə dəfə oxunacaq qədər belə gözəldir. 300 səhifəlik kitabdan çıxaracağınız o qədər dərs olacaq ki, özünüz də buna heyran qalacaqsız. Xoş oxumalar))
İnceleme
MomoMichael Ende · Pegasus Yayınları · 201782,2bin okunma
·
197 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.