Gönderi

Darıxmağın gözəldi - baxır kiminçün.. Ürəkdə şimşəyin var - çaxır kiminçün? Səfeh bir eşq ucundan - batıb gedirsən, O inci göz yaşın, gör - axır kiminçün.. Səbrli ol, ayıbdı, - görüb deyərlər Qəzəblənib dişini - sıxır kiminçün? Günəş də aşiq olmuş - yəqin ki bir vaxt, Görən batir kiminçün ? - Çıxır kiminçün? Səmada bir mələk var - yaman nigaran.. Görən gözündə yaşla - baxır kiminçün..? 🌿
İlqar Fəhmi
İlqar Fəhmi
··
181 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.