Gönderi

408 syf.
10/10 puan verdi
·
Beğendi
·
25 saatte okudu
Öz mənfəəti üçün xalqın və millətin mənfəətlərini tapdalamaq böyük bir vəbaldır. Həmişə düşünmüşəm ki, xalqımızın problemi maddi vəziyyətin aşağı olmağı deyil, psixologiya və mənəyyatdır. Bu kitabı oxuyanda bir daha əmin oldum. İnsanlar xoşbəxt olmaq istəyir, amma bunları yalnış bir şəkildə eləməyə çalışır. Uğur qazanın bir insanı nümunə götürüb onun kimi çalışmaqdan və onun səviyyəsinə çıxmaqdansa, onu öz səviyyəsinə çəkməyə çalışır. Bu kitabdan çıxardığım başqa bir dərs də, kim olursa olsun, əgər verdiyi qərar əxlaqa və milli-mənəvi dəyərlərə zidd deyilsə, bizə xoş gəlməsə belə onu qınamamaq və mühakimə etməmək lazımdır, hörmətlə yanaşmaq lazımdır. Hər kəsi anlayışla qarşılamaq lazımdır. Yoxsa bunun başqa fəsadları çıxır. Üçüncü olaraq da, Platona isnad edilən bir söz var, deyir ki, insanlara şəvqətlə yanaşın, çünki hər kəs ağır bir həyat mübarizəsi aparır. Bu baxımdan insanları başa düşmək lazımdır, insanları sevmək lazımdır, bizə kobud gələn insanlara belə acımaq lazımdır, deyə düşünürəm.
Qazinin Ölümü
Qazinin ÖlümüElxan Elatlı · Xan Nəşriyyatı · 202264 okunma
·
169 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.