Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qazinin Ölümü

Elxan Elatlı

Yorumlar ve İncelemeler

Tümünü Gör
408 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Oxuduğum dedektiv romanlarının hamısı Elxan Elatlıya aitdir. Digər kitabları kimi bu kitabıda çox,amm çox gözəl idi. Bilmirəm niyə, amma sanki başqa bir yazarın dedektiv əsərini oxusam bundan razı qalmacaqmışammış kimi hiss edərək, digər dedektiv janrda yazan yazarların əsərlərinə şans vermirəm. "Qazinin ölümü" əsəri insanda həqiqətən fərqli hisslər oyadır. Kitab sayəsində müharibə şəraitinin necə ağrılı və dəhşətli olduğunu anladım. Hər şey o qədər aydın yazılmışdı ki, oxuduqca bütün səhnələr beynimdə canlanırdı. Əsərdə şəhid olan insanların adlarının xüsusilə çəkilməsi, onlar haqqında kiçik məlumatların yerləşdirilməsinidə xüsusən bəyəndim. Əsər boyunca bir çox qəhramanın necə şəhid olduğunu, onların bu həyata dair olan xəyallarını oxuyuruq. Ağır müharibə şəraitində onların bir-birləri ilə necə tək yumruq olub düşmənə qarşı vuruşmasını hər sətirdə dərindən hiss edirik. Məncə ikinci Qarabağ müharibəsi haqqında yazılmış ən gözəl kitab elə bu əsərdir. Oxumağınızı tövsiyyə edirəm.
Qazinin Ölümü
Qazinin ÖlümüElxan Elatlı · Xan Nəşriyyatı · 202264 okunma
Reklam
408 syf.
8/10 puan verdi
·
Beğendi
·
9 saatte okudu
Elxan Elatlı və yenə mən. Ötən illərə nisbətən Elxan Elatlının qələmini daha az bəyənirəm ki, bunun da əsas səbəbi dünya ədəbiyyatına daha çox açılmağımdır. Yenə də bir günə bitirdiyim kitab oldu Mövzuya gəldikdə Əsərin baş qəhramanı Elturan olsa da psixoloji roman olan "Qazinin Ölümü" özündə cəmiyyətin çirkabını, saxta mənəviyyatı ifşa
Qazinin Ölümü
Qazinin ÖlümüElxan Elatlı · Xan Nəşriyyatı · 202264 okunma
408 syf.
10/10 puan verdi
·
Beğendi
·
25 saatte okudu
Öz mənfəəti üçün xalqın və millətin mənfəətlərini tapdalamaq böyük bir vəbaldır. Həmişə düşünmüşəm ki, xalqımızın problemi maddi vəziyyətin aşağı olmağı deyil, psixologiya və mənəyyatdır. Bu kitabı oxuyanda bir daha əmin oldum. İnsanlar xoşbəxt olmaq istəyir, amma bunları yalnış bir şəkildə eləməyə çalışır. Uğur qazanın bir insanı nümunə götürüb onun kimi çalışmaqdan və onun səviyyəsinə çıxmaqdansa, onu öz səviyyəsinə çəkməyə çalışır. Bu kitabdan çıxardığım başqa bir dərs də, kim olursa olsun, əgər verdiyi qərar əxlaqa və milli-mənəvi dəyərlərə zidd deyilsə, bizə xoş gəlməsə belə onu qınamamaq və mühakimə etməmək lazımdır, hörmətlə yanaşmaq lazımdır. Hər kəsi anlayışla qarşılamaq lazımdır. Yoxsa bunun başqa fəsadları çıxır. Üçüncü olaraq da, Platona isnad edilən bir söz var, deyir ki, insanlara şəvqətlə yanaşın, çünki hər kəs ağır bir həyat mübarizəsi aparır. Bu baxımdan insanları başa düşmək lazımdır, insanları sevmək lazımdır, bizə kobud gələn insanlara belə acımaq lazımdır, deyə düşünürəm.
Qazinin Ölümü
Qazinin ÖlümüElxan Elatlı · Xan Nəşriyyatı · 202264 okunma
408 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Elxan Elatlının detektiv əsərləri bir kənara dursun, psixoloji romanlarını da oxuyanlar bilir ki, Elxan bəy öz janrının ustasıdır. Bu əsər, Elxan Elatlının bütün əsərlərini oxuyan biri olaraq, məncə, yazarın yaradıcılığının zirvəsidir. İqtisad Universitetini bitirib yaxşı bir şirkətdə uşaqlıq dostuyla birgə çalışan Elturan yaxşı maaş aldığı dövrdə
Qazinin Ölümü
Qazinin ÖlümüElxan Elatlı · Xan Nəşriyyatı · 202264 okunma
Reklam
408 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Həmişəki kimi Elxan muellim şah əsər yaradıb Danışmağa ehtiyac yoxdur Oxuyun , oxutdurun "Azərbaycan və qardaş Türkiyənin, eyni zamanda Pakistanın bayraqları ilə bəzənmiş avtomobillər siqnal verə-verə küçədə sürətlə hərəkət edirdilər. Bədənini qurşaqdan yuxarı maşının pəncərəsindən çıxaranlar, hətta maşının üstündə oturub bayraq yelləyənlər vardı. Yol polisləri bu cür qayda pozan və sürət həddini aşanlara əsla mane olmurdular, çünki özləri də hər şeyi unudub bayram edənlərə qoşulmuşdular. Pəncərədən çölə boylanan Elturan sevincdən hönkürtü çəkib ağlamağın nə demək olduğunu ömründə ilk dəfə bu anlarda bildi"
Qazinin Ölümü
Qazinin ÖlümüElxan Elatlı · Xan Nəşriyyatı · 202264 okunma
408 syf.
·
Puan vermedi
Necə təsirlidirOxuduqca 2020-ci il 27 sentyabr tarixindən sonrakı həyat gözümdə canlandı."Müharibə tamam başqadır,dəhşətlidir".Allah bütün şəhidlərimizə rəhmət etsin
Qazinin Ölümü
Qazinin ÖlümüElxan Elatlı · Xan Nəşriyyatı · 202264 okunma
408 syf.
·
Puan vermedi
Oxudum Bitdi. Yazar: Elxan Elatlı Kitab: Qazinin Ölümü Səhifə: 408 Bəzi cümlələrdə spoiler ola bilər. Elxan Elatlı ölkəmizdə ən çox sevilən və ən çox irad tutulan yazarlardan bəlkədə birincisidir. Qəbul etmək lazımdır ki, yazarın ilk vaxtlarda yazdığı kitablar ilə son dönəmlərdəkilər arasında uçurum var. Yazar sanki nəyinsə xətrinə kitab yazır.
Qazinin Ölümü
Qazinin ÖlümüElxan Elatlı · Xan Nəşriyyatı · 202264 okunma
408 syf.
·
Puan vermedi
·
9 günde okudu
Bitirdim. Kitabdakı Türkan və Məryəm və Mahir obrazlarını daha çox bəyəndim. Qazi Elturan isə mənə xəyal qırıqlığı yaşatdı. Çünki həyat mübarizləri sevir... Bundan əlavə, kitabda çox şəhidlərimizin adları çəkilir. Allah hamısına rəhmət eləsin. Təbii ki, bu detalı çox təqdir etdim. Amma diqqətimi çəkdi ki, Tovuz döyüşlərində şəhid olmuş Polad Həşimov və İlqar Mirzəyevin adları çəkilsə də, Anar Novruzov niyə xatırlanmayıb? Bəzi yerlərdə göz yaşlarımla oxudum sətirləri. Ancaq buna baxmayaraq, tam bəyəndiyimi deyə bilmərəm. Amma oxuyub bəyənənlər ola bilər. Zövqlər fərqlidir. Hər kəsə xoş mütaliələr. Kitabla qalın
Qazinin Ölümü
Qazinin ÖlümüElxan Elatlı · Xan Nəşriyyatı · 202264 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.