Gönderi

208 syf.
·
Not rated
·
Read in 3 days
“Əməklə ucalmaq üçün onun özündən başqa vasitə yoxdur. Öz-özlüyündə işləməyin dəyəri mövcud deyil, amma işin öhdəsindən zəhmətlə gəlməyin dəyəri var... Əməyin həqiqi dəyəri onun özünüinkar qüvvəsindədir..." Salam dostlar. Ümid edirəm ki, həyatınızda hər şey yolundadır. İctimai nəqliyyatın gediş haqqının artmasıyla son anda sürpriz edən və toy-bayramlı yanvar ayını geridə qoyarkən dünən axşam bir kitabı da bitirdim. Yapon ədəbiyyatından demək olar ki, ilk dəfədir kitab oxuyuram və mövzusu maraqlı idi. Bir kişinin nadir həşərat növü üçün axtarışa çıxaraq qumlu ərazidə fırtınaya düşməsiylə başlayan kitab, insanda maraq oyadır ki, görəsən kişi düşdüyü vəziyyətdən necə çıxacaq. Son zamanlar dilimizə tərcümə olunan kitabları həqiqətən oxuduqca oxumaq istəyir. Yapon ədəbiyyatı ilə tanış olmaq istəyən oxuyucular üçün axıcı dildə yazılmış bu kitabı tövsiyyə edə bilərəm. Fevral ayının sizlər və bizlər üçün bol enerjili və mərdimazar insanlardan uzaq şəraitdə keçməsini diləyərək, kitabın mövzusuyla sizləri baş başa buraxıram. Yapon ədəbiyyatının ən böyük söz ustalarından biri olan Kobo Abenin “Qumluqdakı qadın” romanının bütün dövrlərin 100 ən yaxşı əsəri siyahısına daxil edilməsi təsadüfi deyil. Mental və cismani qütblərin münaqişəsi üzərində qurulmuş, həşərat kolleksiyası toplayan kişinin və qumluqdakı kiçik kənddə tənha yaşayan qadının kədərli tarixçəsi olan əsər oxucu qəlbinin dərinliklərinə sirayət edir, son cümlələrinədək intizarda saxlayır.
Qumluqdakı Qadın
Qumluqdakı QadınKobo Abe · Qanun Nəşriyyatı · 02,145 okunma
·
439 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.