Qumluqdakı Qadın

Kobo Abe

Comments and Reviews

See All
208 syf.
·
Not rated
·
Read in 3 days
“Əməklə ucalmaq üçün onun özündən başqa vasitə yoxdur. Öz-özlüyündə işləməyin dəyəri mövcud deyil, amma işin öhdəsindən zəhmətlə gəlməyin dəyəri var... Əməyin həqiqi dəyəri onun özünüinkar qüvvəsindədir..." Salam dostlar. Ümid edirəm ki, həyatınızda hər şey yolundadır. İctimai nəqliyyatın gediş haqqının artmasıyla son anda sürpriz edən və toy-bayramlı yanvar ayını geridə qoyarkən dünən axşam bir kitabı da bitirdim. Yapon ədəbiyyatından demək olar ki, ilk dəfədir kitab oxuyuram və mövzusu maraqlı idi. Bir kişinin nadir həşərat növü üçün axtarışa çıxaraq qumlu ərazidə fırtınaya düşməsiylə başlayan kitab, insanda maraq oyadır ki, görəsən kişi düşdüyü vəziyyətdən necə çıxacaq. Son zamanlar dilimizə tərcümə olunan kitabları həqiqətən oxuduqca oxumaq istəyir. Yapon ədəbiyyatı ilə tanış olmaq istəyən oxuyucular üçün axıcı dildə yazılmış bu kitabı tövsiyyə edə bilərəm. Fevral ayının sizlər və bizlər üçün bol enerjili və mərdimazar insanlardan uzaq şəraitdə keçməsini diləyərək, kitabın mövzusuyla sizləri baş başa buraxıram. Yapon ədəbiyyatının ən böyük söz ustalarından biri olan Kobo Abenin “Qumluqdakı qadın” romanının bütün dövrlərin 100 ən yaxşı əsəri siyahısına daxil edilməsi təsadüfi deyil. Mental və cismani qütblərin münaqişəsi üzərində qurulmuş, həşərat kolleksiyası toplayan kişinin və qumluqdakı kiçik kənddə tənha yaşayan qadının kədərli tarixçəsi olan əsər oxucu qəlbinin dərinliklərinə sirayət edir, son cümlələrinədək intizarda saxlayır.
Qumluqdakı Qadın
Qumluqdakı QadınKobo Abe · Qanun Nəşriyyatı · 02,145 okunma
Reklam
208 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 4 days
Kitabı oxuduğum zamanı tam anlamırdım, ancaq oxuduqca sonra başa düşdüm və çox bəyəndim. Kitabda əsas obraz Niki Dzyümpey həşəratlarla bağlı araşdırma aparır. Yeni həşəratlar tapmaq üçün gəzir. Bu zaman bir kəndə düşür. Hər tərəf qumluq olur. Orda bir həşəratı izləyə-izləyə bir evə gəlir çatır. Burda bir qadın yalnız yaşayır. Qadın öz ailəsi haqqında ona danışır. Bir qızının olduğunu söyləyir. Ancaq sonra deyir ki, həyat yoldaşı və qızı qum altında qalıb ölüblər. Sonea Niki qadının qum təmizlədiyinj görür. Səbəbini soruşur. O deyir ki, hər dəəf külək qumu gətirir, onu təmizləməsə ev qalar altında və bu digər insanlara da zərər ola bilər. Çünki bu kənd elə yerdi ki, mərtəbə- mərtəbədi. Hər ev qumu təmizləməlidi ki, həm digər hissələrə az getsin, həm də özlərinə zərər olmasın. Bu kəndə də kim düşürsə, onun çıxışı olmur. Kənddəki insanlar onu bir yemək kimi görürlər. Nə qədər çox adma olsa, qumu da təmizləyən çox olur. Həm də kənd hər şeydən təcrid olmuş vəziyyətdədir. Orda kəndin rəhbərləri o qumu aparıb satırlar, o pulla insanlara lazım olacaq vəsaitləri alırdılar, kim qumu təmizləyirdisə, ona verirdilər. Müəyyən şeyləri də satırlar. Əsas obraz çalışır ki, qaçsın amma edə bilmir. Əsas obraz sonra azadlıq üçün hər şey edir. Kitabın dili çox axıcı idi və mövzusu da maraqlı idi, hamıya məsləhət edirəm kitabı.
Qumluqdakı Qadın
Qumluqdakı QadınKobo Abe · Qanun Nəşriyyatı · 02,145 okunma
·
Not rated
"Norveç Meşəsi" kitabını bitirəndən sonra Kobo Abe'nin "Qumluqdakı qadın" romanını araşdırıb oxumağa qərar verdim. 112-ci sehifəyə qədər bəh-bəhlə oxuyurdum ki, növbəti səhifənin 81-dən başlaması və 96-cı səhifəyə qədər təkrarlanması mənim üçün xəyal qırıqlığı oldu. Hətta 96-cı səhifədən sonra 129-cu səhifədən davam etməsi, romanın süjet xəttinin bir yerdən qırılması və naməlumluq içinə düşmək bir oxucu üçün çox qəribə haldır... Bu səhv tutmaq və ya nəşriyyatı günahlandırma postu deyil, sadəcə oxucu dostlarımız üçün maarifləndirici bir mətndir. İstər yeni, istərsə ikinci əl kitab alanda bir neçə dəqiqə vaxtınızı ayırıb alacağınız kitabı yoxlamağınızı tövsiyyə edirəm. Məlum məsələdir ki, şəhərdən yolu uzaq olan oxucularımız da var. İki-üç gün vaxtı keçən kitabların oxunması ehtimalına görə dəyişdirilmədiyini bilirsiniz. Buna görə bir az diqqətli olun... Xoş mütaliələr. Gününüz xoş keçsin...
Qumluqdakı Qadın
Qumluqdakı QadınKobo Abe · Qanun Nəşriyyatı · 02,145 okunma
Reklam
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.