Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

"Gəl, ey mehri-məhəbbətim"
Gəl, ey mehri-məhəbbətim, Üzün məndən niyə döndü? Ağzı şəkər, ləbi qəndlim, Üzün məndən niyə döndü? Ayrılıqdan ölüm yeydi, Həsrətin qəddimi əydi. Nə dedim, xətrinə dəydi, Üzün məndən niyə döndü? Aşığa yoxdu qadağa, Müştaqdı dilə, dodağa. Ələsgər sana sadağa, Üzün məndən niyə döndü?
·
97 görüntüleme
M okurunun profil resmi
Profiliniz də olan Azərbaycan Ədəbiyyatı nümunələri çox gözə oxşayan. Xoş mütaliə'lər.
Mirze Ali Mikayıl okurunun profil resmi
Çox sağ olun, bu bizim ədəbiyyatmızın gözəlliyidir.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.