Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

267 syf.
·
Puan vermedi
·
Beğendi
·
8 günde okudu
- S p o i l e r -
Hələ təəssüf ki, çox türk ədəbiyyatı oxumamışam. Amma Sabahattin Ali ilə başladığım üçün komfort yazıçıma çevrilib, türk ədəbiyyatı oxumaq istəyəndə əlim onun kitablarına gedir. Bu oxuduğum üçüncü əsəri idi. İnanılmaz dərəcədə axıcı və rəvan dillə yazılıb. Sabahattin Ali kimi böyük bir yazıçının əsəri yazmaq şəkli haqqında deyə biləcəyim çox şey yoxdur. Əsasən, yaratdığı obrazlardan danışmaq, onları müzakirə etmək istəyirəm. Ömərdə hamımızdan bir parça görürəm. İçindəki çirkabı görməmək üçün şeytan, cin adlandıran Ömər, bizə acı reallığı göstərir. Yaxşı insan deyə bir şey yoxdur. Olsa olsa, daha az pis, daha çox iradəli, daha məsuliyyətli, daha çalışqan insan ola bilər. Hamımız içimizdə o qara nöqtəni daşıyırıq. Bəzən o nöqtə tamamilə bizi ələ keçirir, bütövə çevrilir, geriyə qalan bir neçə ağ nöqtə olur. Eynilə yin və yang kimi. Mənə görə, Ömər Yin, Macide isə Yang'ı təmsil edir. Əsərin sonunda özünün də bildirdiyi kimi, Ömər, sadəcə olaraq çürük tərəflərini şeytanla əlaqələndirib vicdanını rahatladırdı. O, sadəcə olaraq, bəzi məziyyətlərdən və ərdəmdən yoxsun biri idi. İnsan özünü yaxşı görmək üçün əlindən gələni edir. Hətta bəzən yaxşılıqları da edərkən ən başlıca səbəb özümüzə "yaxşı bir insan" olduğumuzu sübut etməkdir. Bedrinin ailəsi qala-qala, sırf minnət duyulmaq, məcburiyyətdən yox, öz istəyi ilə Ömər və Macideye maddi yardımlar etməsi də buna bənzəyir. Əslində hər hərəkətimizin arxasında, yenə də özümüzlə bağlı bir şey yatır. Ya nələrdənsə qaçmaq, ya özümüzə nəyisə sübut etmək, daha yaxşı hiss etmək və s. Macideni günümüzdə "yaxşı" hesab etdiyimiz insanlara bənzədirəm. Onlar pis insanları anlamır, hərəkətlərinə məna verə bilmir, amma kömək etmək üçün əllərindən gələni edir, hətta onlara dözürlər. Amma heç kəs pisliyində boğulmuş bir insanın yanında qala bilməz, ya ona bənzəməlidir, ya da tərk etməlidir. Bedri və Macide bir-birinə çox bənzəyir, sadəcə Macide saflığı təmsil edərkən, Bedri ayıq, hər şeyi görən, lakin inadla pisliyin çirkabına bulaşmayanların simvoludur. Bəzən onun da hərəkətlərində hansısa nəfsinin qalıqlarını görürük, amma özünü mühakimə etməkdən də qaçmır. Ömər də elə görünsə də, əslində, özünü mühakimə etməmək üçün bütün xislətini "içindəki şeytan"a atır. Hamımızın "şeytan" və s. adlandırdığı iradəsizlik, tənbəllik, paxıllıq, yalançılıq və s. özəllikləri ola bilər. Bunları qəbul etməyin özünün də düzəltmək üçün bir addım olduğunu unutmamalıyıq. Yoxsa sonda şeytanın özümüzdən başqası olmadığını görəndə, gec olacaq.
İçimizdeki Şeytan
İçimizdeki ŞeytanSabahattin Ali · İş Bankası Kültür Yayınları · 2021171bin okunma
·
1.825 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.