Gönderi

Puan vermedi·520 syf.··
2022 5. kitabı
·
28 günde okudu
·
Okunma: 13 Mart 2022 19:44
Xeyli vaxtdır bu kitabı oxuyuram. Əsasında kitabı belə uzun zamana yayaraq oxumaq yaxşıdır ya pisdir bilmirəm, hər halda romanın içində daha çox olursan deyə personajlara daha yaxın hiss eləyirsən. Martin Eden elə bir obrazdır ki, yəqin kitabı oxuyanda hamı onda özündən nə isə tapır, özününkiləşdirir. Mən də özümdə ondan nə isə tapdım. Əsas da dünyalaşmaq istəməməsi qismində tam olaraq eyni fikirləri paylaşıram Martla. Bu mövzuda əsas fərqimiz odur ki, onun bir istedadı var idi, mənim isə yoxdur. Martin o qədər inadkar bir insandır ki, kitabda mən onun elədiklərindən bezirdim, o eləməkdən bezmirdi. Ruth kimi bir adam üçün bu qədər didinməsi də Martin kimi bir adama yaraşası şey deyildi. O onsuz da Ruthu sevmirdi, o Ruthun ilahiləşdirdiyi ideyasını sevirdi. İkinci bir tərəfdən Ruth ağılla da seviləcək bir qız deyildi. Belə olan halda Martinin onun üçün bu qədər əlləşib-vuruşmasını ancaq və ancaq əvvəlki bilgisizliyinə verirəm. Beş cümləsindən biri Herbert Spencer olan bir adamın Ruthlara görə həyatını bərbad eləməsinə qarşıyam. Yeri gəlmişkən, Herbert Spencerin Əxlaq, zehin və bədən tərbiyəsi üstünə olan kitabını yarılamışam, doğurdan da bəyəniləsi fikirləri var. Kamyuya görə fəlsəfənin əsas üzərində durmalı olduğu şey həyatın intihar etməməyə dəyib-dəymədiyini tapmaqdır.Bu mənada Eden həyatında yaşamağa dəyər bir şey görmədi. Mən də onun kimi eləyərdim amma o məndən daha cəsurdur. Oğuz Ataydakı kimi: Ölmeyi bile beceremiyoruz, albayım. İşin qəribə tərəfi orasındadır ki, Martin arada sorğulayıre, bəs, mən bu kitabları satmamışdan qabaq, mən varlı olmamışdan qabaq niyə məni heç kim çağırıb bir qarın yemək vermirdi? Bu bəlkə də o vaxtlar üçün sorğulanmalı vəziyət imiş ancaq bugünkü gün elə hala gəlmişik ki, bunun tərsi olsa sorğulayacayıq ki, niyə belə oldu? Hər halda bunlar kitab haqqındaki ilk təəssüratlarımdır. Yutubda kitabın onlarla müzakirə videoları, analizlər var. Onlara da baxacam, Edeni dərindən tanıyıb onun kimi olmamaq üçün çalışacam. Filminə istədim baxam, ispan dilindədir nədir başım çıxmadı. Nəysə, Ruthu oxuduq əsəbiləşdik, bir də izləyib əsəbiləşməyək.
Edebiyat
Martin EdenJack London · Türkiye İş Bankası Kültür Yayınları · 2025134,9bin okunma
·
110 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Çox maraqlı incələmə və yanaşmadır. Martin oxucunun iç dünyasını alt üst edir, qərarları ilə, Rutha olan bağlılığı ilə(əslində Ruthu yox, ilahiləşdirdiyi sevgini sevirdi, ona bağlı idi)). O qədər mükəmməl bir əsərdir ki, insan özünü Martinlə bərabər düşünərkən,olanları sorğulayarkən tapır. Belə bir cümlə var idi "Kütüphane dolduracak kadar yazmak, kendi hayatını kaybeden adama ne fayda sağlar?!" . Təkcə bu cümlə üstünə belə minlərlə fikir deyilə bilər)