Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

352 syf.
10/10 puan verdi
Kitabı çox bəyəndim. Eftanaziya mənim üçün uzun müddətdir ki çox maraqlı mövzudur. Bu kitabı ilk görəndə məni xeyli həyəcanlandırdı, düzü kitab haqqında təxminlərim başqa yöndə idi. Düşümürdüm ki eftanaziyanın bəzi ölkələrdə leqal olması və ya bunun nə dərəcədə də doğru olmasından bəhs edəcək. Kitab haqqında heç bir əlavə məlumat oxumadım ki, spoiler olsun istımirdim. Lakin kitab düşündüklərimlə əlaqəli olmasa belə çox maraqlı idi. Normalda hamı seriyalı qatillərə nifrət edər və ya onların ölümə layiq olduğunu düşünər. Lakin bir baxıma seriyalı qatillərin gözündən baxmağı da bacarır insam kitabı oxuduqca. Hər zaman təsdiq etdiyim bir fikri bir daha nəzərimə çatdırır ki heç bir insan doğuşdan pis olmur, insan qatil doğulmur qatil olur. Yeşil kitab boyu qızın hər addımında ona nəsə olacaq deyə hər hərəkətindən mən belə qorxurdum . Gölge hər nə qədər seriyalı qatil olsa belə məlum olur ki ,o günahsız insanlara toxunmur. Yeşillə aralarındakı münasibət zaman zaman insanı gülümsədir. Hadisələr tez tez inkişaf edir və daim həyəcanda saxlayır elə buna görədə kitabı 1 günə bitirdim. Təbii ki,2-3 cü cildlərini də oxumaq üçün səbrsizlənirəm.Kitabın peşəkarlıqla yazıldığı istifadə olunan bədii ifadə vasitələri və təsvir vasitələrindən hiss edilir . Oxunmağına dəyəcək bir kitabdır.
Ötanazi Okulu
Ötanazi OkuluMaral Atmaca · Ephesus Yayınları · 20224,094 okunma
··
1.052 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.