Gönderi

168 syf.
8/10 puan verdi
·
Liked
·
Read in 6 days
"...Meqre tərəddüdlə bir neçə addım irəlilədi və birdən divanın yanında donub qaldı. Oradan qara çəkmə görünürdü. Əlini yaranın üstündən çəkən kimi yaradan qan axmağa başlayırdı. Bunu düz üç dəfə təkrarladı. Nəhayət, masadan salfeti götürüb jiletinin altından keçirib möhkəmcə düyünlədi. Otağa hakim olan qoxu ürəyini bulandırırdı. Ağır-ağır divanın kənarından yapışıb qaldırdı və oradan çıxan iki ayağın üstündən yana döndərdi. Cəsədin Toransa aid olacağını yaxşı bilirdi. Həmkarının cansız bədəni əyilmiş, bir əli bükülmüşdü, sanki dar bir yerə yerləşdirmək üçün bədən üzvlərini qırmışdılar. Üzünün aşağı hissəsində sarğı var idi, ancaq bağlanmamışdı. Meqre diz üstə çökdü. Son dərəcə yavaş hərəkət edirdi, hətta çox ağır... Şübhəsiz ki, bu, yarasından qaynaqlanırdı. Ürəyinin döyünüb-döyünmədiyini bilmək üçün əlini yoldaşının sinəsinə uzatmağa cəsarət etmirdi. Nəhayət əlini ürəyinin üstünə qoydu və gözlərini həmkarından çəkmədən hərəkətsiz qaldı..."
Komissar Meqre/Latış Pietr
Komissar Meqre/Latış PietrGeorges Simenon · Qanun Nəşriyyat · 201473 okunma
·
29 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.