Gönderi

480 syf.
8/10 puan verdi
·
204 günde okudu
Franz Kafkanı yaxından tanımağınıza kömək olan kitabdır. Bu kitab haqqında deyiləcək o qədər söz var ki, o ifadələr, hislər, səmimilik.. Mən onları bura sığışdıra bilmərəm, düzü heç onları bura yazaraq təhlil edib o sehri pozmaq istəmirəm. Əslində ilk 250 səhifəsini özümü məcbur edərək oxusam belə ardını acgözlüklə, maraqla, yazılan hisləri dərk edərək və hörmət edərək oxudum. Hər nə qədər bu məktublar Kafkaya şöhrət gətirsə də mən həmişə K-nin bu şöhrəti bilsə belə(əmin olsa belə) məktubların nəşr olunmamasını, gizli qalmasını istəyəcəyini düşünürəm və ona buna görə haqq verərdim. Bu məktubları oxuyanda məni bir çox şey narahat edirdi. Həm Milenayla, həm də Kafkayla bağlı. Axı Milenaya Kafkanın gündəlik o 'sıxıcı' həyat tərzi niyə maraqlı olmalıydı deyə düşünürdüm. İndi də düşünürəm, amma məni əvvəlki qədər narahat etmir. Mən artıq Milenanı Milenanın Max Broda yazdığı məktublardan nə etdiyini anladığıma görə, Kafkanın psixologiyasını və niyyətini anladığıma görə(ən azından bu mənə elə gəlir) oxumağa davam edə bildim. Bir növ kitaba da alışdım.
Milena'ya Mektuplar
Milena'ya MektuplarFranz Kafka · Martı Yayınları · 202155bin okunma
··
57 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.