Milenko Yergoviç- Saraybosna Marlborosu
.
"Yuvam da geride kalmıştı, kitaplarım, buzdolabım, videolarım, mobilyalarım, yarınlara saklamam gereken hisslerim de..."
.
Kitabda keçən bu cümlə müharibənin xülasəsidir.Bosna-Hersoqavinanın paytaxtı Sarayevo da baş verən daxili müharibənin fəsadlarını ayrı-ayrı şəxslərin qısa hekayələri şəklində yazıçı bizə çatdırır. Başlığını normal, sakit bir həyat kimi oxuyub, sonunda müharibəyə gəldiyimiz həyatlar. Yarım qalan ümidlər, sevgilər, xəyallar, hisslər və bir çox şey. Kitab bizə müharibəni yox, müharibənin məcburi toxunduğu həyatları göstərir.
Kitab World Literature Today tərəfindən dünyaya ilham verən 25 kitabdan biri seçilib.
Mənə görə kitab roman şəklində olsa daha yaxşı olardı. Ümumiyyətlə bütün hekayə kitablarında mövzular yarımmış kimi hiss edirəm. Bu kitabda da hər hekayə bitdikdə xəyalımda sonrasını düşündüm.
Kitabın adına gəldikdə Marlboro şirkəti hər ölkəyə ayrı siqaret istehsal edir və həmin müharibə dövründə ən çox çəkilən siqaret məhz Marlboro olub. Bu barədə 1 hekayədə danışılır. Saraybosna Marlborosu