Gönderi

Həmin dövrdə Qırmızı Xaçdan çoxlu kitab gəldi; fars və ərəb dilinə çevrilmiş xarici roman və hekayələrdən tutmuş ingilis dilini öyrədən kitablara qədər. ...Biz Quranı və Nəhcül-bəlağəni başa düşmək üçün ərəb dilini öyrənməyə can atırdıq. Ərəb dilini öyrənməklə dünyanı sevməmək və problemlər önündə duruş gətirməyi öyrənəcəkdik. İngilis dilini öyrənmək üçünsə o dildə yazılmış hekayə və romanları oxumalı idin. Bu romanların təsvir etdiyi dünya isə kişi və qadın arasında eşq və sərbəst münasibətlə dolu dünya idi. O dünya ilə bizim əsir dünyamız arasında yerlə-göy qədər məsafə vardı. ...Xarici dil öyrənməyin əleyhinə deyildim, hətta xarici dil oxuyan bəzi uşaqlarla ərəb dili sinifimiz də vardı. Lakin əsirlərə bu romanları oxutdurmaqda məqsəd onların təkcə dil yox, həm də yanlış mədəniyyət öyrənmələri idi. Qrammatika və danışıq kitabları bir-birilə sərbəst əlaqələri olan oğlan-qız şəkilləri ilə dolu idi; kafeyə, qonaqlığa, rəqsə və çimərliyə gedirdilər. Kitablar Qərb cəmiyyətlərində geniş yayılmış əyləncəli şəkillərlə dolu idi. Bunlar istər-istəməz beynimizə təsir edir və bizi sıxıntı dolu reallıqlarımızla qarşı-qarşıya qoyurdu. Öz-özümüzdən soruşurduq: Əgər həyat budursa, nə üçün mənim payım belə az olmalıdır?!
·
67 görüntüleme
Arif İsmayılzadə okurunun profil resmi
Qardaşım bu kitabların özü səndə var, yoxsa, pdf oxuyursan?
Əli okurunun profil resmi
Var idi qardaşım indi yoxdu
5 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.