Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Ferrarisini Satan Rahib
Müdriklər mənə öyrədib ki, adi bir insanın beynindən bir gün ərzində orta hesabla altmış min fikir gəlib keçir. Məni heyrətləndirən o oldu ki, bu fikirlərin doxsan beş faizi həmin adamın bir gün əvvək fikirləşdiyi fikirlərdir. -Doğru deyirsən? -Ciddi sözümdür. Bu beynimizə qarşı vəhşilikdir. Hərgün eyni şeyi- təsəvvür edin ki, bu fikirlərin çoxu mənfi fikirlərdir-fikirləşən adamlar pis bir zehni vərdişə adət ediblər.Fikirlərini həyatlarında baş verən yaxşı şeylərə yönəltmək,daha yaxşı yaşamaq üçün yollar fikirləşmək əvəzinə onlar keçmişlərin əsirinə çevrilirlər. Bəziləri maliyyə problemlərini, bəziləri də pozulmuş münasibətləri özünə dərd edir. Bəziləri yaxşı keçirmədikləri uşaqlıq illərini düşünür. Elə adamlar da var ki, beyinlərini daha mənasız fikirlərə yorurlar: hansısa məmurun pis rəftarı, ya da hansısa işçinin ədavətli hərəkəti və s. Belə düşünən adamlar beyinlərini qarət edirlər. Bununla da onlar beyinlərinin nəhəng potensialın qarşısına sədd çəkmiş olurlar. Halbuki onlar beyinlərini daha mənalı şeylərə sərf edə bilərlər ki, buda onların həyatını həm fiziki, həm mənəvi cəhətdən dəyişə bilər. Bu insanlar başa düşmürlər,ya da dərk etmək istəmirlər ki, fikirlərimizi idarəetmə həyatı idarəetmənin mahiyyətidir.
Sayfa 61 - Qanun NəşriyyatıKitabı okudu
·
25 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.