Puan vermedi·1025 syf.··Beğendi
· Karamazov Kardeşler kitabında mənə ən çox təsir edən yerlərdən birincisi "Büyük Engizisyoncu" bölümü digəri isə İvanın şeytanla söhbəti.. İvan məni çox dərindən sarsan obraz olmuşdu və onun fikirləri, dünyaya baxışı məni çox düşündürürdü. Ümumiyətlə, başda bu əsəri olmağla Dostoyevskinin əsərlərində müşahidə etdiyim bir nüans var : bu əsərlərdə çox ağıllı, intelektüal ateist obrazlar var, ancaq kitabın sonunda Dostoyevski bu obrazları həmişə cəzalandırır, sanki onlardan intiqam alır, bəlkə də özündən. Bəs niyə? Mənim fikrimcə Dostoyevski həyatının müxtəlif anlarında bəzən dinə çox yaxın olur, bəzən dindən qaçır ateistliyə yaxınlaşır və vicdan əzabı çəkir. Buna görə də həm onları cəzalandırır, həm də özünü.
"Büyük Engizisyoncu" bölümdə İvanın Alyoşaya dediklərində bəlkə də qəlbdən ona haqq qazandırırdım, kitabın sonunda İvanın sonunun necə olduğunu tam bildirməsələrdə, təxmin eləmək çətin deyildi. "Əgər Tanrı varsa, mən onun cənnətindən imtina edirəm, mənim biletimi geri qaytarsın." deyirdi İvan, çünki uşaqların əzab çəkdiyi bir dünyada yaşamaq istəmirdi və düşünürdü ki, əgər Tanrı varsa və bu qədər ədalətlidirsə niyə buna imkan verir? Hətta Alyoşaya danışdığı bir hekayədə deyirdi ki, "valideynlərinin hər cür zülmünə məruz qalan balaca qızcığaz qiyamət günü gəldiyində Tanrının əmriylə onları bağışlayacaq..çünki İlahi ədalət bunu məcbur edir. Ama mən bunu istəmirəm. Onları bağışlamamalıdır. Ona görə də, imtina edirəm."
Karamazov Kardeşleri əminəm ki, bir daha təkrardan oxuyacam.. bəlkə 5 il, bəlkə 10 il sonra.. bəlkə onda başqa cür yanaşacam İvanın düşüncələrinə. İstər İvan olsun, istər digər obrazlar olsun mənim üçün ədəbiyyatı bitirir bu kitab, çünki bilirəm ki bundan sonra oxuyacağım heç bir kitab bu qədər möhtəşəm olmayacaq, tam bir fəlsəfə okyanusu..
"Ama üzüntümden değil, gözyaşlarım bana mutluluk vereceği için ağlayacağım. Duygulanmamla mutlu olacağım. Baharın körpe yapraklarını, mavi göğü severim ben, anlıyor musun? Anlamından çok yaşamı sevmeli.."
Və Dostoyevskinin ədəbiyat dünyasına ərmağan elədiyi ən dəyərli tövsiyə; "anlamından çok yaşamı sevmeli..."