Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

128 syf.
10/10 puan verdi
Osamu Dazai "İnsanlığımı Yitirirken" əsərinin təhlili.
Yapon ədəbiyyatının dəyərli simalarından biridir Dazai. Mənə görə Dazai elə bir yazıçıdır ki , onun sətrlərini anlamaq üçün mütləq şəkildə yaşadıqlarını dərindən hiss etməyi bacarmaq lazımdır yoxsa həqiqətən sətrləri və yazı tərzini tam mənada anlamaqda çətinlik çəkilə bilər. Təməldən bəhs edim ki , Dazai "İnsanlığımı Yitirirken" adlı əsərində insanı anlamağın mümkünsüzlüyündən bəhs edir. Mənə görə təməl bu şəkildədir.Daha ətraflı isə əsərininin böyük bir hissəsi öz həyatından parçalar daşıyan Dazai insanın iç tənhalığını , mənəvi boşluğu və qaranlıq tərəfini elə ifadə edir ki , onu sadəcə hiss etmir , həm də yaşayırsan. Dazai yaratdığı obrazı bir neçə sözlə ifadə etsəm bunlar  sosyal anksiyetə , nihilizm , depressiya , bağımlılıq , qaramsarlıq kimi psixolojik xəstəlik adları və sözlər olardı. O'nun qəhramanı cəmiyyətdən o qədər qorxur və həmminin tanıyır ki , daxili dərin bir yalnızlıq və kədərlə hörülü divarlardan ibarət olsa da insanları güldürür və daima gülən bir maska taxır. Dazai sətrlərində obraz bəzən öz daxili dünyasına enir və öz mənəviyyatını sorğulayır bəzən isə cəmiyyətin , insanların həqiqi olan tərəfini göstərir. Obraz ətrafını sorğulayır , onların səmimiyyətsizliyindən , yalançı və riyakar tərəfini yansıdır və burdan yola çıxaraq özünə qayıdır.Özünü , yaşadıqlarını və hisslərini... Dazainin qəhramanı Tanrıdan soruçur Dirənməmək bir günah mıdır ? , Güvənmək Günahmıdır ? Mənə görə bu suallar həqiqətən ilahi suallardır... İnsanın cəmiyyətə yadlaşmasının təməlində güvənmək dayanmır mı ? İnsan hansı halda nələrə dirənməmək istəyir və dirənməmək hansı halda günahdır? Bəlkə intihar fikirləşərkən yaşama dirənməmək ? Yaşadıqlarımız ən sonda bizi bizdən ala bilər və biz insanlığımızı insancıqların arasında itirə bilərik mi ? Məncə həqiqi mənada insanlığını itirən insanlar , insanlığını qorumağa çalışan insanların insanlığını itirməsinə səbəb olur... Hər kəsə Dazai oxumağı məsləhət görməməklə birliktə sadəcə özümə yazdığım təhlilimi burada  yekunlaşdırıram...
İnsanlığımı Yitirirken
İnsanlığımı YitirirkenOsamu Dazai · İthaki Yayınları · 202333,5bin okunma
·
40 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.