Gönderi

394 syf.
·
Puan vermedi
·
22 günde okudu
Qəribə yaşlı adamdan Nelliyə qədər
Fyodor Dostoyevski
Fyodor Dostoyevski
Dostoyevskinin oxuduğum 5ci kitabı. Xarakterlər,hekayə,Sankt-Peterburq,depresiflik. Hər xarakterdə özünüzü görə bilirsiz,kitabın ortalarından sonra artıq xarakterlərin yerinə qərar verməyə başlayırsız. Hər zaman Nataşanı sevən,onun üçün hərşeyi etməyə hazır,həmişə yanında olub dəstək verən Vanya,uşaq xarakterlə başlayıb sonlara doğru böyümüş olan;etdiklərinə,başqa qadınlarla keçirdiyi vaxtları,Katya ilə münasibətini,atasının təsiri altında oluşunu gözardı edib,istədiyini edən ama saf,uşaq beyinli Alyoşaya aşiq Nataşa;Kiçik qızını hərşeydən çox sevən,prinsin şərlərinə məruz qalmış namuslu İhmenev;qızı tərəfindən xəyanətə uğramış mr.Smith,Prinsin aldatmış olduğu mr.Smithin qızı;və Ezilenlerin kəlimə qarşılığı olan Nelli: Hər xarakterin öz seçimlərini edib,özünü qoruya biləcəyini ama Nellinin doğulandan bəri qonşuları,Bubnova,babası,ən başda da Prinsin səbəb olduğu təsirlərə məruz qalıb,özünü qoruya bilməməsini nəzərə alsaq bunu deyə bilərik.Hamının ən səhv qərarlarının qurbanı olan Nelli. Dostoyevskinin xarakterləri,daşıdığı xüsusiyyətilərin ən pik həddinə sahib olan xarakterlərdir.Qəddar ən qəddar insandır içində mərhəmət,safın içində heç pis düşüncə,sevənin içində də xəyanət olmur.Hər biri tam olaraq bu xarakterlərin nirvanasındadır.Ama sıradan insan olan bizdə,hər xüsusiyyətdən olduğuna görə xarakter bölünməsi yaşayırıq. Xüsusiyyətlərimizi xarakterlərdə tapırıq,melanxoliyanı isə hekayəsində Dostoyevski bizə verir.
Fyodor Dostoyevski
Fyodor Dostoyevski
Ezilenler
Ezilenler
Ezilenler
EzilenlerFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 202218,8bin okunma
·
59 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.