Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Qavroş (Paris)
1932-ci ilin yazında Fransada mühüm hadisələr baş verməkdə idi. Fransa xalqı- Fəhlə, sənətkar, bütün zəhmətkeş təbəqə onları sıxan aclıq və ehtiyacın,tamahkar bankir və varlı fabrik sahiblərindən təşkil olunmuş hökumətin təyziqlərinə daha dözmək istəmirdi. Ölkənin müxtəlif şəhərlərində iğtişaşlar baş verirdi. Hökümət onları sakitləşdirir, lakin bu qalmaqallar dərhal başqa yerlərdə baş qaldırırdı. Paris üsyana hazırlaşırdı. Yeməkxanada fəhlələr yığışır,hadisələri müzakirə edir, müraciətləri oxuyurdular. Tez-tez belə danışıqlar eşidilirdi: -Biz üç yüz nəfərik,- fəhlələrdən biri deyirdi. -hər kəs 10 su gətirsə, bu 50 frank edəcək. Biz bu pullara barıt və güllə ala bilərik. -İki həftədən sonra iyirmi beş min toplanacaq,- başqası qeyd edirdi - o zaman hökumətə gücümüzü göstərə bilərik. -Mən gecələri yatmayıb patron hazırlayıram,- bunu deyən üçüncüsü idi. İnqilabi əhval-ruhiyyə günü gündən artırdı. Xüsusilə də Paris kənarında yerləşən Sent-Antuanın fəhlələri daha çox həyacanlı idilər. Qarışqa yuvası kimi məskunlaşmış, zəhmətkeş arı ailəsinə bənzəyən bu köhnə şəhər ətrafı məhəllə qəzəblə uğuldayayaq partlayışı gözləyirdi. Paris doldurulmuş topu xatırladırdı: bir qığılcım kifayət idi ki, atəş başlasın.
Sayfa 44 - Qanun nəşriyyatıKitabı okudu
·
19 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.