Dan Ulduzu mənim də həyatımı aydınlatmağı bacardı. Onu həm də dağınıq düşüncələrimi toparlayan bir darağa bənzədirəm. Həqiqətən də oxuyarkən insan nəinki özünü tapır, hətta özü-özü ilə üzləşir deyərdim, həyatını, yaşadıqlarını sorğulayır, çoxu şeylərdən agah olur. Hər kəsə aydınlanmaq üçün oxumağı tövsiyə edirəm. Kitab sayəsində beynimdəki bir çox şübhəli suallara cavab tapmağı bacardım, məncə. Əminəm ki, siz də oxuduqdan sonra özünüzdəki dəyişikliklərin fərqinə varacaqsınız.