Uzun zamandır bir kitabı oxuyarkən bu qədər zövq almamışdım.
Kitabdakı obrazlar hər biri məşhur yazarların "Gölge" adlandırılan təxəllüsləridir. Hər bir "gölge" öz təxəllüsü haqqında məlumat verir. Zülfü Livaneli də bu məlumatları "Gölgelerin" öz aralarında İstanbul mənzərəsi qarşısında, bir gecə vaxtı söhbəti kimi təsvir edib.
Kitab qısa və sadədir. Bir gün içində oxumaq olar. İnsanı yormayan, əksinə sakitləşdirən məzmunu var. Kitabda keçən hər bir əhvalatı, şeiri, cümləni ətraflı araşdıraraq, musiqiləri dinləyərək oxumağınızı şiddətlə tövsiyə edirəm.