Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

384 syf.
·
Puan vermedi
·
14 günde okudu
𝙷𝙸ç𝙱𝙸𝚁 𝙷𝙸𝙺â𝚈𝙴 𝙼𝚄𝚃𝙻𝚄 𝚂𝙾𝙽𝙻𝙰 𝙱𝙸𝚃𝙼𝙴𝚉. Yenə bir Wulf Dorn kitabı ilə gəldim Amma bu, digərlərindən fərqli olaraq, oxunması çətin olan kitab idi; ilk səhifələr durğun irəliləyirdi. Həm də Wulf Dornun hansısa əsərini oxuyarkən bu qədər gərgin olduğumu xatırlamıram - bu mənim üçün triller janrında olan əsərlərin əsas özəlliyidir. Yenə birnəfəsə oxuya biləcəyiniz kitabdır, amma həssas insanlara oxumağı tövsiyə etmirəm. Fikrimcə, müəllifin qələmi o qədər güclüdür ki, özünüzü ya hadisələrin iştirakçısı, ya da şahidi kimi hiss edirsiniz. Əsərin süjetinə gəldikdə, kitabın üz qabığında da yazıldığı kimi: "AŞIK OLUR, TAKİP EDER, ÖLDÜRÜR" sloqanı nə qədər bəsit bir məzmun canlandırsa da, əmin olun ki, hadisələr o qədər mürəkkəb, maraqlı, axıcı və qarışıqdır. Hadisələr "Şizofren" kitabında tanış olduğumuz baş rol Jan Forstnerin ətrafında dönür. Evinə göndərilən güllər, imzasız məktubların sahibinin bir pasiyenti, ya da tanışı olduğunu düşünür. Əsas hadisələr naməlum şəxsin saysız-hesabsız zənglər vasitəsilə öz məhəbbətini elan etməsi ilə başlayır, çünki psixiatr məhz bundan sonra izlənildiyinin və çıxılmaz vəziyyətdə olduğunun fərqinə varır. Wulf Dorn qələmindən oxuduğum 3-cü və ən çox bəyəndiyim kitab oldu. Xoş mütaliələr!🪻
Oyunbaz
OyunbazWulf Dorn · Pegasus Yayınları · 20164,627 okunma
·
379 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.