·160 syf.····Okunma: 18 Mart 2023 21:49 "Körpüsalanlar" romanında "K" kəndində yeni çəkilən yol və körpülərin fonunda biz xüsusilə iki obrazın mürəkkəb daxili aləmi, keçirdiyi böhranlar ilə tanış oluruq. Adil və Səriyyə evlidirlər. Adil ağır təbiətli, planlı, məntiq ilə hərəkət edən insandır və Səriyyənin də onların adlarına, mövqelərinə uyğun hərəkət etməsi üçün zaman-zaman xəbərdarlıq edir. Lakin Səriyyə belə xarakterə olduqca yaddır, o, hisləri ilə hərəkət edən, azad bir qadındır. Özünün də dediyi kimi saxtakarlıq, ikiüzlülük edə bilmir və bundan sonra da Adil və Səriyyə arasında uçurum yaranmağa başlayır.