Puan vermedi·128 syf.····Okunma: 19 Mart 2023 20:48 Mixail Bulqakov -"İt ürəyi"
Bulqakovun qələmi ilə elə bu kitabla tanış oldum.
-Sevdim mi?
-Çoxx
Səbəbini isə çox güman istədiyim kimi ifadə edə bilməyəcəm. Yenə də deyim).Bir doğmalıq hiss etdim,sanki bütün obrazları, yazarı çox əvvəldən tanıyıram . Belə hallar mənim üçün çox az vaxtlarda olub. Bulqakovda onlardan biri oldu.
Povestdə 1920-ci illərdə SSRİ-də və bir sıra Avropa ölkələrində populyar olan insanlaşdırma , cavanlaşdırma ideyası yer tutur. Hadisələr Moskvada iqtisadi siyasətin çiçəkləndiyi dövrdə baş verir. Təbiət işlərinə müdaxilənin nələrə səbəb olacağı qeyd olunur . Fantastiklik olsa belə,təbii ki, bu fantastikliyin altında reallıq yatır.
Məşhur professor Filip Fillipoviç "Şarik" adlı bir iti küçədə yaralı halda evinə gətirir. Əvvəlcə biz də Şarik kimi bu adamın xeyirxah olduğunu düşünürük,lakin niyə gətirdiyi sonralar məlum olur. Niyə bu povestin adı məhz "İt ürəyi"-dir?
Bəlkə də, professor
"Şarik"i- "Şarikova" çevirdiyi zaman həm insanlaşmanın bu dərəcədə olacağını,həm də olsa belə insan ürəyinin bu qədər qəddar ola biləcəyini hesaba qatmamışdı.
Heç öz ürəyindən xəbəri var idi ki? Sonda hər şey olduğu vəziyyətə geri döndü, it ürəyi də həmçinin,lakin dəyişməyən bir gerçək var idi. "İt ürəyi" yenə öz fəaliyyətini yerinə yetirirdi,həm də insan ürəyindən daha yaxşı.
Tək çox məsum Şarik idi, çünki onun ürəyi insanınkı kimi deyildi və hər şeydən xəbərsiz idi..
Çox danışmaq istəmirəm,olduqca çox danışmış olsam da ))
Oxusanız hələ demədiyim bir çox şeyi öyrənəcəksiniz. Mən yaxşı ki oxudum ,dedim. Sizə də tövsiyə edirəm, çünki "Yaxşı ki"-ləri hər kəs sevər. Bəlkə,sizin də "yaxşı ki"niz olacaq. Fikirlərinizi də bölüşməyi unutmayın .
Xoş oxumalar