Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

·
Puan vermedi
Diqqət! DeepWork(Pür dikkat) bizim dildə isə Dərinİş və ya Dərin çalışma. Bəs bu dərin Çalışma nədir? Dərin çalışma yazarın dili ilə desək bacarıqlarımızı zorlayan sərhədləri aşmaq üçün işimizə fokuslanmalıyıq. Dərin çalışma zamanı görəcəyimiz iş çətin olmalı və bu işin beynimizi yorması gərəkdir. Dərinİş zamanı bütün diqqətimizi işimizə yönəltməliyik və eyni anda başqa işlər görməməliyik. Xüsusi ilə də İnternetdən yəni fikirimizi dağıdacaq sosial şəbəkələrdən uzaq olmalıyıq əgər ki, işimiz ilə əlaqədar deyilsə. Hər birimiz uğura gedəcək yollar axtarırıq. Əslində isə sadəcə bizə lazım olan fokuslanmaqdir. Əksəriyyətimizin xüsusi bir Talantı olmadığına görə məcbur daha çox çalışmalıyıq. Yazar bu kitabı ilə həm səmərəli çalışıb həmdə özümüzə də vaxt ayırmağımızın yollarını başa salıb. Kitabın yazarı Cal Newport bəzi şəxsi inkişaf kitab yazaları kimi deyil. Bu insanın həyatınada nəzər salanda olduqca ürətgən biri olduğunu və yazılarınında reallıq olduğunu görmək olar. Bu insan bir dahi deyil sadəcə işlərinə Dərin Çalışmanı elə qatmış ki, uğurları zəncir şəkilində davam edir. Sual. Dərin çalışma nəyə görə önəmlidir? Kitabda bir çox bu barədə təcrübələr paylaşılıb . Məsələn Cal Newport mövzu ilə bağlı uğurlu tələbələrdən röpartaj alarkən fərqinə varır ki, daha çox uğurlu insanlar bir pilləkən aşağı uğurlu insanlardan az çalışırlar. Məndə tam tərsini düşünmüşdüm təbii ki , bu şəxslərin xüsusi istedadları yoxdursa. Əlsində həmin uğurlu insanlar gecə gündüz dərs və ya iş çalışmırlar. Amma çalışdıqları zaman işlərinə elə bir konsantre olurlar ki, digər insanlardan az çalışıb daha uğurlu olurlar. Yəni çox insan işinə fokuslanmadığı üçün daha səmərəli olmur. Newport bizə səmərəli çalımağımız üçün bir formulda təqdim edir. Yüksək Səmərəli iş miqdarı=Xərclənən zaman vurulsun Diqqət Çoxluğuna burdan da Diqqət çoxluğu bərabədir Yüksək Səmərəli iş miqdarı/ Xərclənən zaman ( axııncı formul Ciddi deyil:) ). Mənim kitab haqqında fikirlərimə gəlincə. İlk başlardan kitab elədə sarmır . Hətta elə bil sıradan motivasiya kitabı oxumuş kimi gəlir. Amma kitabın içinda keçən Fokuslanma kəlməsi yazıları diqqətlə oxumağıma səbəb oldu. Əgər deyirsizsə ki, mənim diqqətlə və ya disiplinlə bağlı problemlərim yoxdur onda bu kitabı oxuyub zaman itirməyən. lakin Fokuslanma ilə bağlı və ya daha çox səmərəli işləmək istəyən insanlara tövsiyyə edirəm.
Pürdikkat
PürdikkatCal Newport · Metropolis Yayınevi · 20191,881 okunma
·
85 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.