Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

455 syf.
·
Puan vermedi
Əvvəla hamıya salam. Bu gün Qələmindən ikinci kitabını oxuduğum Xalid Hüseynin “Min Möhtəşəm Günəş” kitabı haqında yazacağam.Əvvəlcə onu qeyd etmək istəyirəm ki,müharibə dövrlərində yazılmış kitabları oxumağı sevməsəm də,bu kitab mənə çox xoş və məyusluq hissi bağışladı. Məzmununa keçid etdikdə isə Əfqanıstan dövrünün ən şiddətli müharibənin getdiyi zaman atasının evlilikdən kənar qızı olan Məryəm öz anası ilə sakit həyat sürür. Bir zaman gəlir və Məryəm özündən 15 yaş böyük kişi ilə evləndirilmək məcburiyyətində qalır,məhs olanlar Məryəmin başına elə o evdə gəlir.Önündə uzun,onu gözləyən kədərli günlər. Bir qismdə isə Leyladan danışım sizə Atasının təhsilli olması,onun belə bir ailədə böyüməsi.Qızın atasına bağlılığı,təhsil almaq eşqi.Bu arzulara da ,Müharibə son qoyur.Leyla 15-yashında Məryəmin əri Rəşid ilə evlənməli olur. Leyla və Məryəm bir-birilərinə bu evdə təsəlli olurlar.İllər keçdikçə çox şey dəyişir.Daha çox məlumat vermək istəmirəm kitab haqqında.Çünki maraqlı qaçar)Oxunulmağı lazım olan kitablardandır onu deyə bilərəm. Sadəcə bir nüansı qeyd etmək istəyirəm ki,qadın zorakılığı,qadına qarşı şiddət bu kitabda baş qaldırır.Kitabı oxuduqda məni hirs,əsəb boğdu)yazılarda ifadə edə bilmərəm. Onu deyə bilərəm ki,təsiri altında uzun bir müddət qalacağam..
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013101,1bin okunma
·
52 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.