·622 syf.····Okunma: 26 Mart 2023 12:54 Bu kitabı daha öncə iki dəfə oxumağa cəhd etmişdim və ikisində də yarımçıq saxlamışdım, onsuz da ikinci oxumağa cəhdim də səthi olmuşdu, bir az oxuyub bağlamışdım. Elə buna görə də, özümün Oblomov kimi olduğunu düşünürdüm; tənbəllik etməyi sevmirəm, amma bu mənim təbiətimdə var. Həm də insanın kitab oxuya bilməsi için o kitabı oxumağı bacara biləcək mənəvi gücə də ehtiyacı var, məndə də o dönəmlərdə bu yox idi, amma indi bu düzəlməyə başlayıb. Eyni zamanda hər dəfə hər şeyi yarımçıq saxlayan biri olduğum üçün, xüsusilə bu il özümə bir söz verdim ki, artıq bir işi sona qədər edəcəksən, kiçik bir addım belə sona yaxınlaşmağa kömək edir. Beləcə, ani bir qərarla oxumağa başladım. Axı nəyi gözləyirdim ki? Kiminsə, ya "Şlots" kimi birinin mənə bunu deməsini? Elə biri var, ya da yoxdur, fiziki olaraq bəlkə də, çox nadir hallarda mövcud ola bilər.
Uzun müddət kitab oxumağa fasilə verib bir anda nisbətən iri həcmli kitabla başlamağımın əsas səbəbi, içimdə uzun hekayələri sevdiyimi bildiyim üçündür. Başladım, bəzən həyəcanla, bəzən sıxılaraq oxudum, sonu kədərləndirdi, amma bir şeylər də öyrətdi.
Kitabda çox gözəl bir terminlə qarşılaşdım: "Oblomovluq". Ciddən çox gözəl bir termindir. Bu, tam olaraq tənbəllik də deyil; hər şeyin fərqində olmaq, amma heç bir şeyin dəyişməyəcəyinə inanmaq, həyatdan bilərək əlini üzməkdir. Siyasi olaraq bunlae - Oblomov və Şlots, feodalizm qalıqları və sənaye inqilabını təsvir etsə də, mənə görə, bunlar insanın içində mövcuddur. İçimizdə bir "Oblomov" və bir "Şlots" var, bununla mübarizə aparırıq, biri qalib gələcək. Kapitalizm quruluşuda yaşayan birisi üçün "Oblomov"-un qalib gəlməsi çox dəhşətli olar, ona görə də hər kəs içindəki "Şlots"un qalib gəlməsi üçün çalışır, istəməsə, xoşbəxt olmasa belə, qalib gəlməyə məcburdur.
Təbii ki, kitabdan da göründüyü kimi, hansının qalib gələcəyinə böyüdülmə və mühit çox təsir göstərir. Oblomovda olduğu kimi və ya bənzər bir ailəyə və mühitə sahib olan birisi üçün, "Şlots"-un qalib gəlinməsinə çalışmaq çox əzablı bir şeyə çevriləcək...
Ona görə də, hər kəsin kitabı oxuyarkən özündə bir az Oblomov, bir az da Şlotsu tapması, məncə, çox normaldır.
Hər nə qədər kitabın sonuna kimi Oblomovun Oblomovluqdan qurtulacağını, ya sonda heç deyilsə, əvvəlkinə nisbətən daha hərəkətli bir həyatının olmasını gözləsəm də, bu olmadı. Oblomov "heç bir şey etmədi".
Bəzən kapitalizmin köləsi, siyasətin qurbanları olduğumuzu düşünsək də, bir Oblomov olmaq da bizə rahat bir həyat bəxş etməz, əlimizdə Şlots kimi olmaq varkən, ağlayıb, sızlayıb, ölümü gözləmək mənasız olar, ölüm bizi gözləsin. (Nəysə, sonu çox motivasiya cümlələrinə bənzədi. Pərdə bağlansın)