Gönderi

Puan vermedi·71 syf.··
Beğendi
·
2021 59. kitabı
·
3 günde okudu
·
Okunma: 03 Aralık 2021 15:49
Monte Carloda həmişəki gecələrin birində qumarda hər şeyini itirmiş uğursuz bir doplomat Mrs. C - nin diqqətinə səbəb olur. O qeyri- ixtiyari həmin adamın intihara addımlağından qorxaraq və təşəbbüsünü təxmin edərək adamı izləyər. Onu intihardan xilas etsə də, səhər onunla oyandığında hər şeyin yalnış olduğunu düşünən qadın vidalaşmaq və kömək üçün ona yenidən pul və qatar bileti təklif edər. Olanlardan sonra adamın rahat şəkildə bunları qəbul etməsi Mrs C. üçün həyəcan və həvəs acıya çevrilər. O bu hissləri yenidən yaşamaq üçün qumarxanaya təkrar üz tutduğunda həmin adamın yenidən masada ona verdiyi pullarla qumar oynadığını görər və xəyal qırıqlığı ilə üzbəüz qalar. Qadın ona yaxın gəlsə belə adamın gözü qumardan başqa heçnəyi görmür. Mrs C. onu masadan qaldırmağa cəhd etdiyində adam ona hər kəsin içində aşağılayıcı bir reaksiya verər. Bu andan sonra Mrs. C olanları silmək xatirinə yola düşər. İlkin olaraq şəhəri tərk edir o anı unutmaq ya da yox olmaqdan bir şey arzulamır. Aradan 24 il keçməsinə baxmayaraq, 24 saatda yaşadıqlarını unutmur. O 24 saatda yaşadıqları onun həyatını kökündən dəyişir. Sonu xəyal qırıqlığı ilə nəticələnsə də Stefan Zveyqin kişi olaraq, qadın hisslərinin incəliklərinə qədər izah edib anlaması təəccübə səbəb olur. Hər yaratdığı obrazda insan özündən nəsə tapır. Qısa amma duyğu yüklü hekayələriylə qəlbimizə və beynimizə tez və sürətli təsir göstərməsi məncə empatiya bacarığının çox güclü olmasından irəli gəlir. Bir çox kitablarını oxuyaraq deyə bilərəm ki, bütün kitablarını dəyərləndirin.
1000Kitap
Bir Kadının Yaşamından Yirmi Dört SaatStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2024150,9bin okunma
·
38 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.