Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

404 syf.
·
Puan vermedi
·
34 saatte okudu
Salam dostlar. Ümid edirəm ki, həftəniz uğurlu başlayıb. İş həyatımı bir müddətlik dondurub, evdə oturacam bugündən. Ayağımda vəziyyət çox şükür yaxşıdı. Maraqlanan hər kəsə təşəkkür edirəm. Bayram ərəfəsində oxuduğum lakin öz təhlilimlə postunu paylaşmağa çatmadığım "Kadın yok savaşın yüzünde" kitabını haqqında danışacam. Kitab 1941-1945- ci illərin 2- ci Dünya müharibəsində döyüşən və xidmət göstərən qadınların xatirələrindən bəhs edir. Bu dövrə şahidlik etmiş qadınların həyatına maraq göstərən bir yazar bu haqda kitab yazmağa qərar verir və həmin dövrə şahidlik etmiş qadınlarla bağlantıya keçir. Kitabda xüsusilə 12-15 yaşında qızların qəhrəmanlığı vurğulanır. Kişilərin əsgər geyimləri ilə cəbhəyə qəbul edilən, qadın olduqları bilinməsin deyə saçlarını keçəl edən qadınlar orada həm tibbi, həm də hərbi xidmətdə qəhrəmanlıqları ilə seçilir. Keskin nişancılıqdan, pilotluğa qədər bir çox sahədə baş qaldıran qadın qəhrəmanların hekayələrini oxuyarkən, Salatın Əsgərova, Gültəkin Əsgərova, Arəstə Baxişova kimi bizim də qadın qəhrəmanlarımızın adlarını qeyd etmədən keçmək olmaz. Kitab mənə çox maraqlı gəldi. Sevərək oxudum. Sizlər də bu kimi həyat hekayələri ilə tanış olmaaq istəyirsinizsə, kitabı oxumağınızı məsləhət görürəm.
Kadın Yok Savaşın Yüzünde
Kadın Yok Savaşın YüzündeSvetlana Aleksiyeviç · Kafka Yayınları · 20161,052 okunma
·
359 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.