Gönderi

448 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 30 days
Bəlkə də çoxunuza məlum olan bu kitabın təhlilinə hardan başlayıb necə bitirəcəyimi bilmirəm. Məncə Hüseyninin ən şedevr əsəri məhz elə bu əsərdir. Kitab eyni yol kəsiyində tamamilə iki fərqli həyat yaşayan uşaqların - Əmir və Həsənin dostluğu fonunda Əfqanıstanın müharibə dövründən, həmçinin o dövrdə baş verən dəhşətlərdən və əhalinin çıxılmaz vəziyyətindən bəhs edir. Əmir və Həsənin arasındakı dostluq bağı isə bildiyimiz dostluqlardan deyil, Əmirin uşaqlıqda buraxdığı səhvlər onun bir ömür boyu vicdan əzabı ilə yaşamasına səbəb olur. Bəs o bu peşmanlıqlardan yaxa qurtarıb vicdanı susdurub rahatlana biləcəkmi? Ən son nə vaxt bir kitabı oxuyub bitirdikdən sonra belə boşluğa düşdüyümü xatırlamıram. Oxuyub bitirsəm də baş verənlərin mənfi enerjisi hələ də üzərimdədir. Mental cəhətdən özünüzü hazır hiss etdikdən sonra oxumağınızı və oxuduqdan dərhal sonra isə əsərin eyniadlı filminə baxmağınızı tövsiyə edirəm.
Çərpələng Uçuran
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011166k okunma
·
769 views
Vüsale okurunun profil resmi
Oxumaqinizi tövsiyə edirəm , cox gozəldir 😍
Aysha Qadimova okurunun profil resmi
eynən ❤️
Ləman Məmmədova okurunun profil resmi
Ən sevdiyim kitab 🥹🥺. Neçə müddətdi oxusam da hələ də mənim üçün yeri tamam basqa olan kitabım 🥺
Aysha Qadimova okurunun profil resmi
bu əsəri ən sona saxladığım üçün peşmanam, hələ də təsirindən çıxa bilməmişəm (
1 next answer
Bu yorum görüntülenemiyor
Vüsal Məmmədov okurunun profil resmi
"Min möhtəşəm günəş"i daha çox bəyənmişdim.
Aysha Qadimova okurunun profil resmi
zövqlər müxtəlifdir
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.