Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

256 syf.
6/10 puan verdi
·
Beğendi
Uzun müddətdir, Şerlok oxumurdum. Arada Aqata Kristi, Çingiz Abdullayev kimi detektiv yazıçılarının əsərlərini oxuyandan sonra anladım ki, yeniyetmə vaxtı "qatı Şerlok fanatı olmağım" əbəs yerə imiş. Səbəb? Cəmi 30-40 səhifədən ibarət olur və hadisələrin səbəbi, Şerlokun necə həmin nəticəyə gəlməsi kifayət qədər izah olunmur. Filmdə daha yaxşıdır, çünki ətraflı verilir. Yenə də Aqata Kristinin kitablarını üstün hesab edirəm, çünki Erkül Püerro sadəcə əlində dəqiq ipucular olmayanda bütün gününü təkbaşına qalıb düşünməklə keçirmir, çünki onsuzda hadisələr yavaş-yavaş cərəyan edir və həll öz yolunu tapır. Adi insan məsələləri həll edə bilərdimi? Xeyr. Şerlok, əlbəttə ki, böyük dahidir. Ona çatan olmaz. Çünki onun etdiyi sadəcə hadisələrin cərəyan etməsini gözləmək yox, həm də ağlını, təcrübəsini işə salıb bütün ehtimalları bir-bir nəzərdən keçirmək və ətrafını diqqətlə müşahidə etməkdir. Onun işi daha yüksək qiymətləndirilməlidir, çünki adamın bilmədiyi heç nə yoxdur və hədsiz kələkbazdır. Şerlok personajını qələmə alan Artur Konan Doyl öz hekayələri üçün çox maraqlı hadisələr seçmiş, baş verən hadisələri yalnız cinayətlərlə məhdudlaşdırmamışdır ki, onun detektiv əsərlərində ən çox bəyəndiyim cəhət budur. Şerloka dair çəkilmiş serial hadisələri daha geniş prizmaya aparmış, ssenari, keçmişlə müasir dövrün harmoniyası və obrazları ifa edən aktyorların kombinasiyası serialı sevməyimə, hətta dəfələrlə baxmağıma səbəb olmuşdur. (Aradan bir qədər fasilə verəndən sonra yenidən başlamaq istəyərəm təbiiki) Hekayələrin qısa olması nə qədər zövqümü oxşamasa da, yenə də detektiv lazım olanda Şerlok hekayələri oxuyar və Şerlok seriyamı tamamlayacam.
Sherlock Holmes Macəraları
Sherlock Holmes MacəralarıArthur Conan Doyle · Qanun · 2016154 okunma
·
76 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.