Yeraltından Qeydlər
Puan vermedi·140 syf.··
2023 1. kitabı
Dövrün sosial bərabərsizliyi, insanoğlu arasındakı çəkilməz anlaşılmazlıqlardan bəhs edən yeraltı qeydlər... Oxucular tərəfindən ağır və incə analiz olunmuş bu kitab əslində insanlara üfüqaçıcı bir təfəkkür vəd edir. Dostoyevskinin özünə olan nifrəti eyni zamanda şüur olaraq yaşıdlarından özünü üstün görmə duyğusu əsərin əsas ziddiyyətləri arasındadır. Əsəri daha axıcı bir hala gətirən hissə isə fikirlərindən sonra paylaşdığı acı xatirələrdir. Ətrafındakıların onu təbəqə cəhətdən zəif hesab etmələri bayaq da qeyd etdiyim kimi Dostoyevskinin dünyagörüşü və fikir olaraq onlardan daha geniş və dərin düşündüyü qənaətinə gəlmək üçün bir sübutdur. Əlavə və son olaraq əsərin final hissəsinə doğru yeni bir qadın obrazı ilə əsərin baş qəhrəmanı arasında cərəyan edən proseslər qaçılmazdır. Dostoveski sevgi ilə nifrəti eyni anda bir-birini üstələyəcək şəkildə təqdim etməsi oxucunun ağlında qarışıqlıq və böyük təsir yaradır. Sevgisini necə göstərəcəyini bilməyən baş qəhrəman bu hissi basdırmaq üçün kin və öfkəsini qarşı tərəfə yağdırır. Gözlənildiyi kimi də olan bu proseslərin nəticəsi ürəkaçıcı sonluqla bitmir və oxucuların kitabın təsirindən çıxması müəyyən zaman alır...
Edebiyat
Yeraltından NotlarFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 2025159,5bin okunma
·
43 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.