·680 syf.····Okunma: 08 Nisan 2023 21:43 Bu kitab yazarın ölümündən sonra ortaya çıxan sandığındakı yüzlərlə əlyazmanın toplamı, bir növ Pessoanın bioqrafiyası və ya gündəliyidir-deyə bilərik. İndisini qoruyan, keçmişindən qurtula bilməyəcək qədər keçmişə həbs olmuş və gələcəyini görmək istəməyəcək qədər gələcəyə “takıntılı” bir adamın həyatını öz dilindən oxuyuruq. Bu günə qədər ən çox “alıntı” paylaşdığım kitablardan biri oldu. Adından da göründüyü kimi, oxumaq səbr tələb edir. Dəfələrlə yarımçıq qoyub, başqa kitaba keçmək istədimsə də, sonda yenə vazkeçib bu kitaba qayıtdım. Kitab bir dərzi dükanında mühasib işləyən adamın həyatından, daha doğrusu, o həyatı hansı pəncərədən gördüyündən danışır. Bəzi nöqtələrdə baxış bucaqlarımız heç uyuşmasa da, demək olar ki, 80% fikirləri günümüz cəmiyyəti və insanı üçün hələ də aktualdır. Tək sevmədiyim nüans tərcümə şəkli oldu. O qədər qarışıq və uzun cümlələrdən ibarətdir ki, bəzi səhifələri anlamaq üçün təkrar-təkrar oxudum. Siz də oxuyanda eyni şeyi yaşayacaqsınız. Çünki, romanlardan fərqli olaraq bu kitab bir “anlatı” sayılır və bir-biri ilə tutuşmayan paraqraflar çoxdur. Oxuyacaq olanlara xoş mütaliələr.