Gönderi

İmam Baqir (başqa bir rəvayətdə buyurur: "Sanki mən Süfyanini (yaxud onun dostlarını) görürəm ki, sizin yamyaşıl ölkəniz olan Kufədə düşərgə salmışdır. Onun carçısı nida edib deyir: "Hər kəs Əli şiələrindən birinin başını kəsib gətirsa, min dirham mükafat alacaqdır!" Bu zaman qonşu-qonşuya hücum edər və deyər ki, "bu kas onlardandır!", sonra onun başını kəsib min dirham mükafat alar. Agah olun ki, belə bir gündə sizə haramzadələr rəhbərlik edəcəkdir. Sanki elə indi niqablı bir kəsi görürəm." Soruşdular: Niqablı şəxs kimdir? Buyurdu: "Sizdən olan bir kişidir ki, sizin istəklərinizlə danışar, üzünə niqab taxar, sizi bir yerə toplayar va tanıyar, amma siz onu tanımazsınız. Sizin kişilərinizin bir-bir eybini axtarmaqla bədnam edər. Agah olun ki, o, zinazadədən başqa bir kəs deyildir.
·
28 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.