9/10
·586 syf.··
2023 11. kitabı
Qaraqanın bütün kitablarını böyük həvəslə oxumuşam və heçbirinə: "kaş oxumazdım" yaxud "sadəcə vaxt itkisidir" deməyim lazım gəlməyib. Qaraqanın bir müsahibəsində: "Xalq buna hazır deyil" deməsi kitaba olan marağımı dahada artırdı. Doğrusu bu kitabdan anladıqlarımı hansı formada sizə çatdıracam bilmirəm) İlk öncə dini inanclarının zəif olduğunu düşünənlərin oxumamasını məsləhət görürəm. Kitab da din, daha doğrusu dinlərdən danışılır. Əslində bu kitabı 2 ay öncə oxumuşdum və insanı dinindən çıxaracağını düşünüb yarım buraxmışdım. Daha doğrusu İslamın bu qədər aşağılanması idi mənə təsir edən. Kitabı heç cür ağlımdan çıxara bilməyib 2-ci gün kitaba yenidən başlamağı qərar aldım. Kitab maraqlı olduğu qədər təsiredicidir də. İnsanın özüylə, inanc(lar)ı ilə təkbətək qalıb içindəki inancını sorğulayıb onu dərk etməsini təmin edən çox gözəl kitabdır. Kitab haqqında ətraflı məlumat versəydim "spoiler" olardı və daha qısa məzmununu yazsaydım bəzi şeylərin əksik olacağını düşünüb "incələmə"mi burada sonlandırıram Xoş oxumalar :)
Şeytanın KitabıQaraqan · 2020686 okunma
··
1 +1'leme
·
1.016 Gösterim
13 Yorum
Lütfen giriş yapınız.
Ən qısa zamanda oxuyacağam bu kitabı, təşəkkürlər
Xanım İsmayılova
Gönderi Sahibi
Dəyməz, doğurdan möhtəşəm kitabdır.
Oxuduqdan sonra bir müddət boşluğa baxdığımı xatırlayıram. İncə və mükəmməl yazıb 🤌🏻
Xanım İsmayılova
Gönderi Sahibi
eynən, haqlısınız.👌
Əgər bunu oxuyub şübhəyə düşsəz.2-ci addım kitabı sizə cavablar verəcək
Xanım İsmayılova
Gönderi Sahibi
Aha :)
Birdə Qaraqanın kitablarını oxumayacam deyirdim. Sayənizdə kitaba qarşı maraq oyandı😅deyəsən yenə oxuyacam😅🤦‍♀️
Xanım İsmayılova
Gönderi Sahibi
Bilmirəm sizdə bu düşüncəni yaradan Qaraqan'ın hansı kitabı yaxud hansı sözü olub😅 amma sevindim. Oxuyunnn.
Deməli 10cu sinifiydim bunu oxuyanda mənə də çox təsir etdi,qərarsızlıq içinə atdı,Allaha şükür ki,biraz özümə gələ bildim və dindən çıxmadım.Sinifyoldaşlarımda məndən sonra oxudu onlarda da reaksiya eyni cür oldu. Mənim fikrimcədə dini inancları zəif olan oxumasın
Reklam
Bütün əsərlərin həvəslə oxumuşam və peşman olmamışam 👍🏻