Açığı ilk dəfədi Dostoyevskinin kitabını oxudum. Kitablarının dili qəlizdi deyirdilər. Bəlkə də həcmcə kiçik oldu deyə mən hiss etmədim bunu. Sonuncu dəfə bir kitabın sonluğuna üzüldüyüm Ovodda olmuşdu. Bu ikinci oldu. Yorumlarda çoxları yazdı ki, sonu üzəcək amma yenə də bir ümid oxudum. Nastenkanı günümüzdə ki bəzi qadınlara bənzəttim təəssüf ki, qarşısındakının hisslərini önəmsəmədən ümid verən, başqasını sevərkən həm də. Unutduqları bir şey var ki, qəlbən və təmiz sevən kişilər də var. Sevdiyi üçün hər şeyindən keçən. Ətrafımda çox rastıma çıxıb belələri. Bəlkə də bu kitab məni bir daha haqlı çıxardı, insan sadəcə özünü düşünməli, sevməlidi. Eqoist olmamalı amma elə görsənməlidi. Yoxsa qəlbi qırılan o olur.Beyaz GecelerFyodor Dostoyevski