10/10
·250 syf.··
Beğendi
·
2023 11. kitabı
·
25 saatte okudu
·
Okunma: 18 Mart 2023 00:00
Amerikalı yazıçı və biznes-təlimçi Julyen Smiti dinləyək. Cənab Smit çoxillik araşdırmalardan sonra uğurlu və zəngin olmaq üçün 20 qayda müəyyənləşdirib: 1. Dünya sizi kütbeyin etməyə çalışır. Bank ödənişlərindən, faizlərdən tutmuş möcüzəvi pəhrizlərə qədər diqqət edin. Savadsız insanlardan pul qoparmaq daha asandır, elə onları idarə etmək də bir çətinlik törətmir. Mümkün qədər özünüzü inkişaf etdirməyə, bacardığınız qədər savadlanmağa və öyrənməyə çalışın. Varlı, müstəqil və xoşbəxt olmaq üçün bu, mütləqdir. 2. Tədris müəssisələrinə kor-koranə etibar etməyin. Onlar təhsil planını hazırlayana qədər sistem köhnəlir və ya ümümiyyətlə, sıradan çıxır. Öyrənməyin və insanların hörmətini qazanmağın ən yaxşı üsulu nəyisə izləmək və riayət etmək yox, liderlik və yaradıcılıqdır. 3. Bacardığınız qədər, əlinizdən gələn qədər çox oxuyun. Sürətli mütaliə və yüksək səviyyədə qavrama və yaddasaxlama texnikasını mənimsəyin. Siz istəsəniz, çox rahatlıqla bir kitabı bir həftəyə oxuya bilərsiniz. 4. Həmişə hamı ilə ünsiyyət qurmağa çalışın. Ünsiyyət ustasına çevrilin. İnsanlarda sizin xoşunuza gələcək müsbət bir xüsusiyyət tapmağa çalışın. Sonra isə insanın məhz bu tərəfinə istinad edərək ona müraciət edin. 5. Utancaqlığa vaxt itirməyin. Utancaqlıq sizin emosiyalarınızın qərar qəbuletmə prosesinə hakim kəsiləcəyinə olan inamdır, amma əslində, gerçəklik tamamilə buba ziddir. 6. Əgər sizi kiminləsə münasibət zamanı nəsə olduqca pis təəccübləndirirsə, onda çox güman ki, siz bu hissdən yalnız münasibətlərin qıırlması ilə qurtula biləcəksiniz. 7. Mümkün qədər daha çox sizdən böyük insanlarla ünsiyyət qurmağa çalışın. Yaşlılarla olan söhbətin dəyəri ondadır ki, sizinlə yaşıd olanların qərar qəbuletmə sistemi sizə o qədər də kömək edə bilməyəcək. Yaşlılar isə sizin hələ öyrənəcəyiniz çox şeyi artıq bilirlər. Ona görə də onlardan soruşmağa dəyər. 8. Sizi maraqlandıran sahədə özünüzdən daha güclü adamlar axtarın və onlarla vaxt keçirin. Bu amil özlüyündə çox vacibdir, amma nəticə də az əhəmiyyətli deyil. Öz qrupunuzda orta bir mövqe tutmağa, adi bir əməkdaş olmağa çalışmayın, maraqlı şeylər edin, təşəbbüskar, tez götürən, inadcıl olun, inamlı davranın. 9. Zaman keçdikcə siz daha konservativ olacaqsınız. Bu, sadəcə, faktdır. Sizin ətrafınızda olanlar sanki bir qabarcıq yaradırlar, bu isə "status-kvo"nu - hadisələrin mövcud vəziyyətini saxlamağa xidmət edir. Ona görə də ən dəlisov və ağlasığmaz ideyaları məhz indi reallaşdırmaq lazımdır. Sonra siz daha qorxaq olacaqsınız. İnanın mənə. 10. Xərcləriniz maksimum azaldın. Bu sizə yuxarıda söylədiyimiz həmin dəlisov arzunu gerçəkləşdirmək üçün ehtiyat vəsait toplamağa imkan verəcək. 11. Statusunuzu müxtəlif əşyalarla qaldırmaq əvəzinə, təcrübə ilə yüksəldin. Çünki əşyaların sizə verdiyi üstünlük müvəqqəti xarakter daşıyır. Başqa sözlə, Parisə səyahət etmək daha yaxşı seçimdir, nəinki yeni bir masa və ya dolab almaq. Araşdırmalar göstərir ki, belə bir seçim həyatdan əldə etdiyiniz məmnuniyyətin səviyyəsini artırır. 12. Əgər siz ehtiyac içində yaşayırsınızsa, pul problemini həll edin. İnternetdən istifadə edin, çünki o sizə auksionlarda daha ucuz alış-veriş etmək imkanı verəcək. Əgər siz indi maaşdan-maaşa yaşayırsınızsa, planlaşdırma müddətini iki həftə əvəzinə üç həftəyə qədər uzadın. Sonra işlər daha yaxşı gedəndə biraylıq, daha sonra isə üçaylıq planlar qurmaq olar. Daha sonra planların müddəti 6 aya və nəhayət, 1 ilə çatacaq. Məqsəd 5 il sonraya plan qura bilmək məqamına yetişməkdir. 13. Layihələndirməyi öyrənin. Bu, məntiq, yaddaş və təxəyyülü inkişaf etdirməyinizə səbəb olacaq. 14. Kökəlməkdən qaçın. 15. Yemək hazırlamağı öyrənin. Bu sizin həyatınızı çox-çox asanlaşdıracaq, qidalanma daha sizin üçün yorucu və ya üzücü bir iş olmayacaq, o sizin üçün bahalı ehtiyacdan sevimli bir məşğuliyyətə çevriləcək. Bu zaman vəsaitlərə qənaət etmək imkanınız da olacaq. 16. Doyunca yatın. Yatmaq və sərbəst yemək hazırlamaq artıq kökəlməyinizin qarşısını alacaq. Əgər "öləndə kifayət qədər yatmağa vaxtım olacaq", "mən hələ çox şey etməliyəm, yatsam, bunların heç birini çatdıra bilməyəcəyəm" kimi düşünürsünüzsə, onda qoyun sizə bir şey deyim: yaxşı yuxu almamış yetərincə effektiv ola bilməyəcəksiniz, yuxu vaxtının azaldılması sizə kömək etməyəcək. 17. Özünüz üçün gündəlik-yaddaş kitabçası tutun. Beyninizdə qurulmuş yaddaşla kifayətlənməyin, təkcə ona arxayın olmayın. Situasiyanı o həddə gətirməyin ki, vacib olan işləri yerinə yetirməkdə gecikəsiniz. Nə yazmısınızsa, onu da edin, diqqətinizi başqa işlər görməyə yönəltməyin. Yalnız qeydlərinizə etibar edin. 18. Qarşınıza böyük hədəflər qoyun və təsadüflərin sizə kömək etməsinə də imkan verin. Hədəfsiz də, əlbəttə ki, şanslar olacaq, amma hədəf müəyyənləşdirsəniz, əmin olun ki, gözlədiyinizdən daha çox alınacaq. 19. Hər hansı bir işdə peşəkar olun. 5 ilinizi əsl mənada işə həsr edin, onun ətrafında dolaşmayın, o tərəf-bu tərəfə çox vurnuxmayın. Sonra peşənizi dəyişmək istəsəniz, buyurun, yol açıqdır, amma konkret bir seçim edin. 20. İnsanları düzəltməyə çalışmayın. Ən yaxşısı hələ korlanmamış insanlar tapmaqdır.
2023 Okuma Raporları
Gəncsən? Başla!Nadir Adilov · Teas Press Nəsrıyyatı · 099 okunma
·
1 +1'leme
·
123 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.