Təmsillər, Hekayələr kitabı ilə məktəb illərimə geri döndüm sanki. O zamanlar oxuduğum təmsillər, hekayələr idi. Sadə dillə yazılmış öyrədici, düşündürücü hekayələrdən ibarətdir kitab. Dostluqda vəfalı olmağın, səxavətli insan olmağın, düzgün, zəhmətkeş, böyüklərin sözünə qulaq asmağın önəmi və s. kimi mövzulara toxunub söz sənətkarımız Qasım bəy Zakir
Kitab kiçik həcmlidir, uşaqlar (böyük yaşlı) üçündür, amma, məncə hər yaşın oxuya biləcəyi bir kitabdır. Uşaq kitablarını mənim kimi sevən hər kəsin bəyənəcəyi kitabdır.