Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qasım bəy Zakir

Qasım bəy ZakirTəmsillər, Hekayələr yazarı
Yazar
0.0/10
0 Kişi
12
Okunma
5
Beğeni
336
Görüntülenme

Hakkında

Qasım bəy Zakir 1784-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Onun əsli Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir. Ulu babası Kazım ağa Şuşa şəhərinin əsasını qoyan Pənahəli xanın doğma qardaşıdır. Zakir ilk təhsilini Şuşada mollaxanada almış, ərəb, fars dillərini öyrənmişdir. Bu dilləri bilməsi ona Yaxın Şərqin Firdovsi, Nizami, Sədi, Hafiz kimi məşhur söz ustadlarinin əsərləri ilə tanış olmaq imkanı vermişdir. Zakir mollaxanada oxuduğu illərdə adları çəkilən sənətkarların bədii irsini oxuyub öyrənmişdir. Şairin yeniyetməliyi və gəncliyi Qarabağda baş vermiş siyasi-hərbi hadisələr dövrünə təsadüf edir. 1795-ci ildə Qacarın Qarabağa hücum edib Şuşanı mühasirədə saxlaması, əhalinin şəhəri mərdliklə müdafiə etməsi, bundan iki il sonra Qacarın Şuşada qətli, şair Molla Pənah Vaqifin öz oğlu ilə birlikdə Cıdır düzündə öldürülməsi, XIX əsrin əvvəllərində İbrahim xanın Qarabağda vəhşicəsinə güllələnməsi və s. onun yeniyetməlik və ilk gənclik illərində gördüyü hadisələr, eşitdiyi əhvalatlar idi. Bu hadisələr onun dünyagörüşünün formalaşmasına öz təsirini göstərmişdir. Qarabağ xanlığı Rusiyanın idarəçiliyinə keçdikdən sonra Zakir Çar ordusunun Qafqaz müsəlman könüllü atlı dəstəsinə qoşulmuş, 1806-1813, 1826-1828-ci illərin Rusiya-İran müharibələrində iştirak etmişdir. O, Abbas Mirzənin başçılıq etdiyi İran qoşununa qarşı vuruşan dəstənin tərkibində olmuş, döyüşlərdə fərqləndiyinə görə 1828-ci ildə gümüş medalla təltif edilmişdir. Qasım bəyi görənlər, o cümlədən Əhməd bəy Köçərlinin rəvayətinə görə, o zati-şərif xoşsurət və xoşsima, ağ bədənli,qartal burunlu,uca qamətli,rəngli dişli,zəifülbünyə bir vücud imiş. Göyçək, ağıllı və göy rəngli gözləri var imiş. Simasından, hərəkət və süknasından asari-nəcabət və rəşadət görünərmiş. Danışığı fəsih və sövtü dilkəş olmağa görə, çoxlarını heyran edərmiş. O danışanda ona qulaq asmamaq olmazmış. Bir az tündməcazmış. İnsaf və mürüvvətdən xaric sözlər və işlər şairi təbii halından çıxarıb, onun qeyzü hiddətinə səbəb olarmış. Amma acığı tez sönüb tövbə və istiğfar edərmiş. Adəti halında ziyadə həlim, rəhimli və mürüvvətli bir adam imiş. 1829-cu ildə Zakirin oğlu xəstələnib vəfat edir. Bu hadisə şairi dərindən kədərləndirir. Bu münasibətlə yazdığı bir şerində Zakir oğlunun ölümündən doğan iztirablarını təsvir edir.
Tam adı:
Qasım bəy Əli bəy oğlu Zakir
Unvan:
Şair
Doğum:
Şuşa, Qarabağ xanlığı, 1784
Ölüm:
Şuşa, Şuşa qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası, 1857

Okurlar

5 okur beğendi.
12 okur okudu.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Bir saat havada qanad saxlayın
Bir saat havada qanad saxlayın, Nizam ilə gedən qoşa durnalar! Qatarlanıb nə diyardan gəlirsiz! Qaqqıldaşa-qaqqıldaşa, durnalar? Mən sevmişəm yarın ala gözünü, Nəsib ola bir dəm görəm üzünü; Yoxsa danışırsız dilbər sözünü, Veribsiniz nə baş-başa durnalar?! Diyari-qürbətdə müddətdi varam, Gecə-gündüz canan deyib ağlaram, Mən də sizin kimi qəribü zaram, Eyləməyin məndən haşa, durnalar! Laçın yatağıdı bizim məkanlar, Yavaş-yavaş gedin, səsiniz anlar, Qorxuram toxuna ötən zamanlar, Sürbəniz dağılıb çaşa, durnalar! Zakirəm, od tutub, alışdı cigər, Var isə canandan sizdə bir xəbər, Təğafül etməyin, Allahı sevər, Dönməsin bağrınız daşa, durnalar!
Sayfa 167
Ömür keçdi, insaf elə, sevdiyim
Ömür keçdi, insaf elə, sevdiyim, Nə müddətdi dərdü möhnət çəkərəm. Hər kəs öz yarını çəkib yanına, O ki mənəm, elə həsrət çəkərəm. Bahar fəsli el şad olur sərasər, Hərgiz məndən özgə yoxdu mükəddər. Nəkhǝti-zülfünü nəsimi-səhər Gətirsə, ziyadə minət çəkərəm. Gül ilə həmzəban olubdu bülbül, Açılıb bənövşə, yasəmən, sünbül. Dolanıb başına, mürüvvət degül Bu qədər ki, sənsiz xiffət çəkərəm, Mey içir gülşəndə məşuqə aşiq, Mən qalmışam təkü tənha, nə layiq? Bir para dərdimi bilir xəlayiq, O ki, bir parasın xəlvət çəkərəm. Qoyubsan könlümü cövrü cəfadə, Gözüm yollardadır, əlim duadə. Şikəstə Zakirəm, ruzi-cəzadə Bu qisası səndən, əlbət, çəkərəm.
Sayfa 210
Reklam
Sən sadə gözəlsən, qoyma, sevdiyim, Məşşatələr bəzək taxa üzünə, Bərgi-gülə bənzər üzari-alın, Nə lazımdı ənlik yaxa üzünə. Gözlərindi nərgiz, qaşlarındı yay, Heç nevcavan ola bilməz sana tay; Camalın görəndə daldalanır ay, Günün nə həddi var çıxa üzünə? Gələ-gör Zakirin özün üstünə, Sənin payəndazın közün üstünə. Götür qoy başımı dizin üstünə, Can verəyim baxa-baxa üzünə.
Saçı, həvəsilə nə deyim, çeşmi-xumarın Sancar məni hər şəb, Ta sübh gəlincə gecələr sevgili yarın, Hər tük olub əğrəb. Bunca çəkərəm bari-qəmin leylü-nəharın, Oldur mənə mətləb.
Könül mürğü səri-zülfündə, ey gül, aşiyan tutmuş, Əcəb naəmn mənzildə məkan ol natəvan tutmuş.
Sən sadə gözəlsən, qoyma, sevdiyim, Məşşatələr bəzək taxa üzünə, Bərgi-gülə bənzər üzari-alın, Nə lazımdı ənlik yaxa üzünə. Gözlərindi nərgiz, qaşlarındı yay, Heç nevcavan ola bilməz sana tay; Camalın görəndə daldalanır ay, Günün nə həddi var çıxa üzünə? Gələ-gör Zakirin özün üstünə, Sənin payəndazın közün üstünə. Götür qoy başımı dizin üstünə, Can verəyim baxa-baxa üzünə.🌿
Qasım bəy Zakir
Qasım bəy Zakir
Badi-səba, mənim dərdi-dilimi...
Düşüb ayağına sən o zalımın Söylədinmi necəliyin halımın? Onun həsrətindən rəngi-alımın Döndüyün heyvayə dedin, nə dedi?
Qasım bəy Zakir
Qasım bəy Zakir
Reklam
Bu dövrü-fanidə beş gün kişinin Bir yaxşı vəfalı yarı gərəkdir. Aralığa rəqib girə bilməyə, Bir-birinə etibarı gərəkdir. Əhdi dürüst ola, ilqarı möhkəm, Gözündən irağa düşəndə bir dəm Nə könlü açıla, nə ola xürrəm, Fikri, zikri sənin sarı gərəkdir. Yadlar ilə danışmaya, gülməyə, Namünasib yerə gedib-gəlməyə, Hər sözü şəninə layiq bilməyə, Namusu, qeyrəti,arı gərəkdir. Naməhrəmə görünməyə, yan gəzə, Bihəya olmaya, adü can gəzə, Amma öz evində alişan gəzə, Ala, verə, ixtiyarı gərəkdir. Cahillik zamanı keçibdir əgər, Genə yüz naxələf oğlana dəyər; Piranəsərlikdə bir belə dilbər Yetirə Zakirə tarı, gərəkdir
Qasım bəy Zakir
Qasım bəy Zakir

Yorumlar ve İncelemeler

Tümünü Gör
80 syf.
8/10 puan verdi
·
4 günde okudu
Təmsillər, Hekayələr
Təmsillər, Hekayələr
kitabı ilə məktəb illərimə geri döndüm sanki. O zamanlar oxuduğum təmsillər, hekayələr idi. Sadə dillə yazılmış öyrədici, düşündürücü hekayələrdən ibarətdir kitab. Dostluqda vəfalı olmağın, səxavətli insan olmağın, düzgün, zəhmətkeş, böyüklərin sözünə qulaq asmağın önəmi və s. kimi mövzulara toxunub söz sənətkarımız
Qasım bəy Zakir
Qasım bəy Zakir
Kitab kiçik həcmlidir, uşaqlar (böyük yaşlı) üçündür, amma, məncə hər yaşın oxuya biləcəyi bir kitabdır. Uşaq kitablarını mənim kimi sevən hər kəsin bəyənəcəyi kitabdır.
Təmsillər, Hekayələr
Təmsillər, HekayələrQasım bəy Zakir · Mimta Yayınları · 05 okunma