Seçilmiş Əsərləri

Qasım bəy Zakir
Tahmini Okuma Süresi:
11 sa. 20 dk.
Sayfa Sayısı:
400
Basım Tarihi:
2005
Yayınevi:
Avrasiya Pres Nəşriyyat
ISBN:
9789952421247
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca

Yorumlar ve İncelemeler

Puan vermedi·400 syf.··
2023 96. kitabı
·
1 saatte okudu
·
Okunma: 11 Nisan 2023 00:00
XIX əsr Azərbaycan realist poeziyasının görkəmli yaradıcılarından olan Qasım bəy Zakir aşiqanə-lirik şeirləri, dövrünün ictimai eyiblərini ifşa və tənqid edən əsərləri ilə ümumxalq şöhrəti qazanmışdır. Bu kitabda şairin ədəbiyyatımızın qızıl fonduna daxil olmuş ədəbi irsinin böyuk bir qismi qoşma, gəraylı, təcnis, qəzəl, bayatı, müxəmməs, müstəzad, təmsil. mənzum hekayələr tərcibənd və tərkibbəndləri, satiraları toplanmışdır.
Seçilmiş ƏsərləriQasım bəy Zakir · Avrasiya Pres Nəşriyyat · 200510 okunma
Reklam

Yazar Hakkında

Qasım bəy ZakirYazar · 1 kitap
Qasım bəy Zakir 1784-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Onun əsli Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir. Ulu babası Kazım ağa Şuşa şəhərinin əsasını qoyan Pənahəli xanın doğma qardaşıdır. Zakir ilk təhsilini Şuşada mollaxanada almış, ərəb, fars dillərini öyrənmişdir. Bu dilləri bilməsi ona Yaxın Şərqin Firdovsi, Nizami, Sədi, Hafiz kimi məşhur söz ustadlarinin əsərləri ilə tanış olmaq imkanı vermişdir. Zakir mollaxanada oxuduğu illərdə adları çəkilən sənətkarların bədii irsini oxuyub öyrənmişdir. Şairin yeniyetməliyi və gəncliyi Qarabağda baş vermiş siyasi-hərbi hadisələr dövrünə təsadüf edir. 1795-ci ildə Qacarın Qarabağa hücum edib Şuşanı mühasirədə saxlaması, əhalinin şəhəri mərdliklə müdafiə etməsi, bundan iki il sonra Qacarın Şuşada qətli, şair Molla Pənah Vaqifin öz oğlu ilə birlikdə Cıdır düzündə öldürülməsi, XIX əsrin əvvəllərində İbrahim xanın Qarabağda vəhşicəsinə güllələnməsi və s. onun yeniyetməlik və ilk gənclik illərində gördüyü hadisələr, eşitdiyi əhvalatlar idi. Bu hadisələr onun dünyagörüşünün formalaşmasına öz təsirini göstərmişdir. Qarabağ xanlığı Rusiyanın idarəçiliyinə keçdikdən sonra Zakir Çar ordusunun Qafqaz müsəlman könüllü atlı dəstəsinə qoşulmuş, 1806-1813, 1826-1828-ci illərin Rusiya-İran müharibələrində iştirak etmişdir. O, Abbas Mirzənin başçılıq etdiyi İran qoşununa qarşı vuruşan dəstənin tərkibində olmuş, döyüşlərdə fərqləndiyinə görə 1828-ci ildə gümüş medalla təltif edilmişdir. Qasım bəyi görənlər, o cümlədən Əhməd bəy Köçərlinin rəvayətinə görə, o zati-şərif xoşsurət və xoşsima, ağ bədənli,qartal burunlu,uca qamətli,rəngli dişli,zəifülbünyə bir vücud imiş. Göyçək, ağıllı və göy rəngli gözləri var imiş. Simasından, hərəkət və süknasından asari-nəcabət və rəşadət görünərmiş. Danışığı fəsih və sövtü dilkəş olmağa görə, çoxlarını heyran edərmiş. O danışanda ona qulaq asmamaq olmazmış. Bir az tündməcazmış. İnsaf və mürüvvətdən xaric sözlər və işlər şairi təbii halından çıxarıb, onun qeyzü hiddətinə səbəb olarmış. Amma acığı tez sönüb tövbə və istiğfar edərmiş. Adəti halında ziyadə həlim, rəhimli və mürüvvətli bir adam imiş. 1829-cu ildə Zakirin oğlu xəstələnib vəfat edir. Bu hadisə şairi dərindən kədərləndirir. Bu münasibətlə yazdığı bir şerində Zakir oğlunun ölümündən doğan iztirablarını təsvir edir.