Bir də oxuyarammı? Heç vaxt.
6/10
·57 syf.··
2023 8. kitabı
·
3 günde okudu
·
Okunma: 22 Nisan 2023 20:46
Cəza Koloniyasından sonra ikinci dəfə Babaya mektupla Franz Kafka dünyasına geri dönüş etdim. Açığı o vaxtı xoş təəsürat qalmamışdı məndə çünki təsvir qəliz, cümlələr yersiz uzun gəlmişdi və sonda bir ideya görməmişdim. Bu dəfə də eyni aqibətlə qarşılaşdım desəm yeridi. Çoxları bəyənib bu əsəri ama tənqidə məruz qalsamda açıq olacam. Atanın və hətta ailənin öz övladı üzərində necə böyük rol oynadığını göstərməyə çalışır öz məktubuyla yazıçı. Hətta real bir həyat təcübəsindən, Kafkanın özündən. Uşaqlıqda ata təzyiqinə, psixoloji şiddətə məruz qalan birinin gələcəkdə də necə faydasız bir insan olduğunu göstərir. Qorumaq adıyla, iç güdüsüylə bədbəxt edilir övladlar. Özünə yer tapa bilmir, qərar vermək qabiliyyəti formalaşmır onlarda. Valideynlər öz övladlarına kəskin haqq sahibi olduqları mal kimi baxmamalıdı, onları məhdudlaşdırmamalıdı. Lakin sonda nəsə çatmadı, yersiz uzadılmışdı sanki, özüm də anlamadım. Güman ki bununla da Kafkayla çoox uzun müddətlik sağollaşıram.
Franz Kafka
Babaya MektupFranz Kafka · Türkiye İş Bankası Kültür Yayınları · 202254,1bin okunma
··
1.403 Gösterim
9 Yorum
Lütfen giriş yapınız.
Bu əsəri məndə oxuyub yarımçıq qoyanlardan biriyəm deyə bilərəm Heç cür cəsarət edib tamamlamaga cürət edə bilmirəm
Nəimi
Gönderi Sahibi
@ehmedli_ təşəkkürlər sizə də🙂🙏
Məndə yarım qoyanlardanam🙋‍♀️ bir neçə il əvvəl oxumağa başlamışdım. Ama gözlədiyim kimi deyildi. Hər kəsin tərifləyə tərifləyə bitirə bilmədiyi yazarların kitabını oxuduğumda təəssüf ki belə hallarla tez-tez rastlaşıram. Ona görədə az qala bütün dünyanın oxuduğu kitabları hələdə oxumamışam😅😅 kəşfedilməmiş,yerli və gənc yazarlarımıza şans vermək daha yaxşıdır məncə. Sözümün canı odur ki Kafka'da elə abartılacaq bir yazar deyil......
Nəimi
Gönderi Sahibi
Əslində Kafka ustalıq deyil ki, oxucular bu kitabı bəlkə də acı, hüzünlə yazılıb deyə tərifliyir. Zatən bu əslində məktubdu) Sahibinə çatmamış məktub. Ona görə də mən bir əsər kimi bəyənmədim.
Çox çətinliklə bitirmişdim,yarım qoymamaq üçün :(
Nəimi
Gönderi Sahibi
başqalarının eyni fikirdə olmağı sevindirir məni)
Çevrilmeni oxumadan Kafka ile sağollaşmayın🙃
Nəimi
Gönderi Sahibi
Əlimdə var özü də)) bunu etməzdiniz gərək😅🥲
Alice Miller'in Beden Asla Yalan Söylemez kitabında oxumuşdum: Kafka məktubunu yəni bu əsərini əslində atasına yazsa da ancaq məktubu anasına verir ki, atasına çatdırsın.Düşünmüşdü ki, anası məktubu oxuyub onun nə çəktiyini anlayacaq, atasıyla onu bir sözlə barışdıracaq.Ancaq anası məktubu oxusada nə oğluyla bu haqda danışır, nə də atasına məktubu verir.Kafka bundan sonra heç vaxt atasıyla danışa bilmir.Kafka'nın qorxuları sonda xəstəliyə tutulmasıyla nəticələnir və 40 yaşında ölür.
Nəimi
Gönderi Sahibi
hə məni də çəkən bu oldu elə, oxumamışdan öncə araşdırma edirəm)) ama bu kitabda bəhsi keçdiyini bilmirdim, çox sağolun ətraflı məlumat üçün minnətdaram🙏🙏🌷
Reklam
Kitabla bağlı düşüncələrinizi paylaşmağınız çox yaxşı oldu. Oxumağı düşünürdüm, sizin fikirlərinizi və rəyləri nəzərə alıb başqa kitab oxuyacam. Çox sağolun.👍🏻
Nəimi
Gönderi Sahibi
Siz sağolun, sizə bir faydası oldusa nə xoş mənə🙂🙏