Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Ərəb dili elmlərinin banisi
Himlərdən digər biri ərəb dilinin kökləri və sintaksisidir və hamı bilir ki, onu Əli əleyhis-salam ixtira edib, qaydalarını açıqlayıb və Əbul Əsvəd Duvəliyə diktə edib. O cümlədən İmam əleyhis-salam bu elmin əsasları barəsində əvvəldə belə buyurmuşdur: kəlmə üç növdür - isim, fel və şəkilçi. Kəlmə ya məlum olur ya da məchul. Əlamətlər dörddür: zəmmə, fəthə, kəsrə və sükun. Bu cür bölgü aparmaq və tərif demək möcüzəyə yaxın bir şeydir. Çünki insanın qüvvəsi adi yolla bu cür dəqiq bölgülər aparmağa qadir deyil və belə nəticələr əldə edə bilməz.
·
13 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.