Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

349 syf.
3/10 puan verdi
·
7 günde okudu
Varis - "Yol ayrıcında azıb qalanlar"
Varis yaradıcılığından sayca oxuduğum 4-cü kitab. Kitabın 349 səhifəsini oxuyub bitirənə kimi bir ümid, bir qığılcım, bir işartı gözləyə-gözləyə qaldım desəm yalan olmaz.(( Ancaq məlum məsələ idi, bu şəxslər yol ayrıcında azıb qalmışdılar. Onlar öz aləmlərində, elə Varisin təbirincə desək, it hürən tərəfə deyil, işıq gələn tərəfə getmişdilər. Ancaq işıq gələn tərəfdə də onlara it hürmüşdü. Romanın əsas obrazları Cəfər və Səidənin timsalında, özlərini dərəyə yuvarlayan, "el-aləm nə deyər"in qurbanları olan bu bədbəxt insanlar, bir tələdən çıxıb başqa bir tələyə düşməkdən necə də zövq alırlar. Səidə - sırf ailəsi "el-aləm içində biyabır olmasın" deyə, "iki dəfə nişanı qayıtmış", "iki dəfə də boşanmış" damğası ilə yaşamağa məhkumdur. Səidənin qətiyyətsizliyi romanın sonuna kimi oxucunu özündən çıxaracaq qədər səbəblərdən heç də kasad deyil. Dəfələrlə düşdüyü çuxura yenidən, yenidən yuvarlanan Səidə, nəinki, "yaxınlarının" arasında, heç öz dünyasında belə iki kəlmə söz haqqına sahib deyil. Bir Azərbaycan qadını bu qədər iradəsiz, bu qədər əzilməyi qəbullanan olmur, olmamalıdır da. Cəfər isə üzləşdiyi dilemmadan çıxış yolu tapmalıdır. Ömrü boyunca yaşadığı yalana ya qucaq açmalı, ya da hər kəsdən çox sevdiyi qızına rəğmən bu yalanla üzləşməlidir. "Düşüncə qərar verəndə səhv etmək ehtimalın çox cüzi olur, ancaq qəlb qərar verəndə əksər hallarda yanlışlığa yol verirsən..."
Yol Ayrıcında Azıb Qalanlar
Yol Ayrıcında Azıb QalanlarVaris · 2013181 okunma
·
1 artı 1'leme
·
169 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.