Gönderi

·
Not rated
Ceyhun Hidayətli - Əqrəb mövsümü
İlk öncə gənc yazarımız Ceyhun Hidayətlini uğurlu romanına görə təbrik edir, yaradıcılığında uğurlar arzu edirəm. Müəllifin "Beyaz şeytan" romanını diqqətimi çəkmişdi əvvəlcədən. Tezliklə əldə edib oxuyacam. Kaş ki gənclərimizə dəstək olsalar... Dedektiv janrını hədsiz dərəcədə çox sevirəm. Agatha Christie və Sherlock Holmes'dan yazacam deyə-deyə özümüzdən ilk yazası oldum . Amanovlar (səhv etmirəmsə kitabda öz soyadım keçir,Kazımovlar,irağ olsun ) sayılıb seçilən ailədir. Qurban Amanovun yoldaşı Səkinə xanımla Nurlan, Kərim, Kamran, Nailə adında dörd övladı var. Günlərin birində Nurlan axşam saatlarında anasından 10 manat götürüb ( məbləği niyə qeyd etdiyimi izləyəndə biləcəksiz) gəzintiyə çıxır və bir daha geri qayıtmır. Nurlanın gecə qayıtmadığını görən ailə polisə müraciət edir. Təxmini 1-2 gün sonra polisdən zəng gəlir və deyilir ki şəhərin müxtəlif ünvanlarından 6 hissəyə bölünmüş cəsəd tapılıb. Sizin verdiyiniz əlamətlərə bənzəyir lakin dəqiq deyil. Qurban kişi və böyük oğlu Kərim və Kərimin ən yaxın dostu eyni zamanda iş yoldaşı Elnur dərhal tibbi ekspertizaya yola düşürlər və o səhnə ətim biz-biz oldu. Çox təsirli çəkilib həqiqətən, Kərimin qardaşının ayaqqabılarının ipini bağlaması... Xarici filmlərdə belə səhnələrə təsirlənsəm də özünümüzdə çox başqa hiss yaşadım, sanki daha ağır gəldi. Cinayətdən Qurban Amanovun düşmənlərindən,iş sahəsindəki rəqibindən şübhə etsələr də tezliklə özlərinin və müstəntiq Rauf və Kənanın sayəsində əmin olurlar ki qatil onlar ola bilməz. Yaxşı bəs qatil kim idi? Bu azmış kimi çox keçmədən Kərim iş səfəri ilə bağlı yola düşür. Quba istiqamətində gedən yolda Kərim qəzaya düşür və müəmmalı şəkildə yoxa çıxır. Onun necə olmasından xəbər almaq olmasa da qısa bir müddət sonra onun da cəsədini 6 hissəyə bölünmüş bir vəziyyətdə tapırlar. Tibbi ekspertizada məlum olur ki cəsədə hissələrə bölünməzdən əvvəl zəhər verilib öldürülüb və hissələrə bölünən zaman qan itkisinin azlığı məhz bununla bağlıdır. Sonradan məlum olur ki bu əqrəb zəhəri imiş. Evdən tapılan medalyon, Qurban Amanovun əqrəb bürcü olması, müstəntiqin evinin qarşısındakı əqrəb, cəsədlərin tapıldığı ərazilərin xəritədə əqrəb bürcünü alması maraqlı detallar idi. Çox yaza bilərəm , ancaq hər seriyası təxmini 50dəqiqəlik olan 12 seriyaya baxsanız daha maraqlı olar. Xoş mütaliələr və izləmələr.
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015103 okunma
·
187 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.