Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

244 syf.
9/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Atalar və Oğullar
Kitabda adından da göründüyü kimi nəsillər arasında olan fikir ayrılığı əsas mövzudur. Baş obraz Bazarov və onun dostu Arkadi adətlərin, valideynlərinin, yaxınlarının düşüncələri ilə zidd düşüncələrə malikdilər. Yəni nihilistdirlər, hər şeyin mənadan və dəyərdən yoxsun olduğunu söyləyirlər. Hazırkı dövrün əsas problemlərindən biridir əslində, çoxumuz valideynlərimizlə bir -birimizə yadıq. Anlamırlar bizi ,ya da bəlkə anlamırıq onları. Hər kəs nihilist olmağı seçmir ,bəlkə,amma hər kəsin öz çıxış yolları olur əlbət. . Bazarov Arkadidən fərqli idi digərlərinə qarşı kobud davranırdı, digərlərinin fikirlərinə qulaq asmırdı,saymazyana yanaşırdı. Arkadi isə Bazarovun dilindən desək daha romantik idi. Bazarov dostuna deyir :"Gözəl danışma." Arkadi isə cavabında : "Mən bacardığım kimi danışıram... "deyir. Bəs Bazarov? Yazıçı Bazarov obrazı üçün deyib: Əgər oxuyucu Bazarovu bütün soyuqluğu, qəlbsizliyi, kobudluğu ilə sevə bilmədisə demək ki mən günahkaram,məqsədimə nail olmamışam. Hər nə qədər başlarda mən də Bazarovu acılayaraq,ona əsəbləşərək oxuyurdum kitabı. Bu qədər kəskin davranmasaydı,sənətə və mədəniyyətə olan nifrəti,insanlığa olan nifrəti son hala gətirdi onu. Çox,amma çox təsirli idi. Mən də bir iz buraxan kitab desələr ilk ağlıma gələn adlardan olacaq kitab və Bazarov sayəsindəə. Yəni,aldım mesajı Turgenev.
Atalar və Oğullar
Atalar və OğullarIvan Turgenyev · Qanun Nəşriyyatı · 201644,4bin okunma
·
130 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.