Gönderi

Əlvida dostlar.Gedirəm 'gilyotinə'!
10/10
·144 syf.··
2023 22. kitabı
·
29 saatte okudu
·
Okunma: 16 Mayıs 2023 15:13
Oxuduğunuz kitabdakı qəhrəmanın həyatı daha uzun olsun deyə kitabı bitirmək istəmədiyiniz oldumu? Mən o hissi Ölüm Məhbusunun Son Günü-nü oxuyarkən yaşadım. Fransız yazıçı Victor Hugo -nun qələmindən çıxan bu əsəri sözlərlə ifadə etmək çox çətindir. 1829-cu ildə yazılan bu əsər edama məhkum olunan şəxsin öz dilindən ömrünün son günlərini hansı hislərlə yaşadığını göz önünə sərir. Bu hisləri oxuyanlara yaşatmağı bacarıb usta yazıçı. Bu edamın təkcə məhkum üçün yox,onun yaxınları üçün də necə əzablı olduğunu izah edir. Əsərdə məhkumun körpə qızı ilə son söhbətini oxuyanda isə siz ağlaya ,kövrələ bilərsiniz. Belə bir cümlə var idi: 'Hər kəs naməlum bir ölümün məhkumudur.' Amma öləcəyimiz anı bilmək ölümün özündən daha əzablı olmazmı? Kitabı mütaliə edərkən özünüzü həmin ölümə məhkum olunan şəxsin yerinə qoyacağınızdan əminəm. Xoş mütaliələr !
Ölüm Məhbusunun Son GünüVictor Hugo · Qanun Nəşriyyatı · 0152,4bin okunma
·
239 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Qızı ilə olan söhbətində ağlamışdım.🥺
Məmmədhəsən Hüseynov
Gönderi Sahibi
Əsərin ən çox təsir edən hissəsi qızı ilə söhbəti oldu.