Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

327 syf.
10/10 puan verdi
·
11 günde okudu
Oxuyun oxutdurun...
Və buda son... Yenə qəlbə toxunan kitabla gəldim. Təsadüfən bəzi kitablarda övlad valideyn münasibətinə rast gəldikdən sonra bu məsələlərin mənin üçün maraqlı olduğunun,məndə dərin izlər qoyduğunun fərqinə vardım. Və mənə tövsiyə olunmuş bu kitabı oxuma qərarına gəldim. Bu kitabı hərkəs oxumalıdır . Hər bir gənc gələcəyin bir valideynidir. Və bizi yaralayan bəzi məsələlərin günün birində övladlarımızıda yaralamaması üçün bu cür kitablar mütləq oxunmalıdır deyə düşünürəm. Həyatımızda olan hardasa bütün problemlərdə ailə münasibətimizin rolu var desəm nə deyərdiz? Bu kitabı oxumadan qabaq "bu qədərdə olmaz hər problemə görə ailəmi niyə günahlandırım" deyirdim. Amma sonra fikrim dəyişdi. Fərqində belə olmadan ən cuzi görsənən davranışlar, bizim "ailəmizdir ediblərsə düz ediblər bir bildikləri vardır" dediyimiz mövzuıar belə bizim həyatımızı necədə pis yöndə dəyişdirə bilirmiş.... əslində öz beynimizdə valideynin günahlarını yuyurmuşuq da deyə bilərik. Hansımız cəsarət edib ailəmizə "mənin qəlbimi qırdın!, bu etdiyin yanlışdı!" deyə bildik? Bəlkədə heç birimiz. Amma içdən içə həmişə bunu bağışladıq. Qəlbimizi qazanmağa çalışan olmadı, üzür isdəyən olmadı sadəcə bağışladıq. Çünki həmişə "ana atanı bağışlamaq nədir nə həddimizədi ki bunuda düşünək. Ediblərsə düzdür" dedik. Amma bu kitab bağışlamamağıda öyrədir))) Kitabda çox cümlə xoşuma gəldi amma bir cümlə oldu ki onun yeri bambaşqa oldu.. "Deyəsən tanrı sağalmağımı, ailəmi bağışlamağımdan daha çox isdəyir"
Zor Bir Ailede Büyümek
Zor Bir Ailede Büyümek
Craig Buck
Craig Buck
Zor Bir Ailede Büyümek
Zor Bir Ailede BüyümekCraig Buck · İletişim Yayınevi · 20181,947 okunma
·
250 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.