Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Yardan salma məni ayrı, Xuda, istəmirəm, Sari-kuyindən onu etmə cüda, istəmirəm. İstəyim bircə budur lütf elə, xoş söz deginən, Mən ki səndən nə məhəbbət, nə vəfa istəmirəm. Dedim, eşq içrə fəqirəm, mənə rəhmin gəlsin, Dedi, sultanǝ nə layiqdi gǝda, istəmirəm. Sən mənə cövr elə, canan, dilim-ağzım qurusun, İşdi, bir dəfə desəm, cövri-cǝfa istəmirəm. Gal, təbib, aşiqi incitmə Xuda xatirinə, Çəkirəm dərdi, mənə xoşdu, şəfa istəmirəm. Bazmi-eşq içrə, ey Aydın, axı bir can nədi ki Ediram sevgili cananə fəda, istəmirəm.
Sayfa 13 - PdfKitabı okudu
·
255 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.